Bu yaxınlarda Tatarıstanın paytaxtı Kazan şəhərində “Çağdaş Azərbaycan hekayəsi” antologiyası tatar dilində işıq üzü görüb. May ayının 31-də həmin nəşr ölkəmizdə tədim ediləcək.
“Ədəbiyyat və incəsənət” portalına Dünya Gənc Türk Yazarlar Birliyindən verilən məlumata görə, Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təkilatçılığı ilə keçiriləcək təqdimat Xan Şuşinski küçəsindəki Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində baş tutacaq.
Təqdimat törənində Azərbaycan və Tatarıstan arasında ədəbi-mədəni əlaqələr, çağdaş ədəbiyyatın inkişaf istiqamətləri, habelə antologiyada yer alan müəlliflərin yaradıcılığına dair fikir mübadiləsi aparılacaq.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)