Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin həyatı insanlar üçün həmişə maraqlı olub. Ədəbiyyat xadimlərimiz də oxucuların bu istəyini həmişə nəzərə alıblar.  

 

Olaylar.az xəbər verir ki, görkəmli yazıçı, onlarla tarixi romanın müəllifi Yunus Oğuzun dünya fatehlərindən biri olan Çingiz xan haqqında romanı Türkiyə türkcəsində çapdan çıxıb. Müəllif tarixin hər dönəmində həm tarixə, həm də ədəbiyyata sirrlərlə gizlənmiş bir şəxs olan Çingiz xanın yaşam yolunu türk oxuculara çatdırır.

"Çingiz xan" (Cengiz han) romanında müəllif hökmdarın portretini savaşçı, dövlət qurucusu, hər nə qədər öldürsə dəyaşatmağı və qurmağı sevən biri kimi çızır.  

Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində çapdan çıxıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.