“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, sərgi Sumqayıt Dövlət Universitetində baş tutacaq və təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün açıq qapı şəraiti yaradılacaq.
Sərginin keçirilmə tarixi 27 – 28 may tarixləridir.
Sərginin hər iki gününün öz özəlliyi olacaq. 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, 28 may isə Müstəqillik Gününə həsr ediləcək.
Bayram əhvali-ruhiyyəli keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları təşkil ediləcək.
Giriş sərbəst olacaq.
Sərginin fəaliyyət saatlar: 10:00 – 20:00
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)