Bu gün Əbdülrəhim bəy Haqverdiyevin 155 illiyidir – GƏNCLƏR KİTABXANASININ TÖHFƏSİ Featured

Bu gün - mayın 17-də yazıçı, dramaturq, ictimai-siyasi xadim, pedaqoq, ədəbiyyatşünas, publisist, maarifpərvər ziyalı Əbdülrəhim bəy Haqverdiyevin anadan olmasının 155 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinə həsr olunan  virtual kitab sərgisi hazırlanıb.

 

Virtual sərgidə bir sıra görkəmli şəxslərin- elm, təhsil, ədəbiyyat, mətbuat nümayəndələrinin ədib haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərdən nümunələr sərgilənir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə dramaturqun, çoxşaxəli bədii və ictimai fəaliyyətindən, Azərbaycan nəsrinə bəxş etdiyi töhfələrdən bəhs edən “Şəxslərin və hadisələrin tipləşməsi - Əbdürrəhim bəy Haqverdiyev”, “Görkəmli yazıçı-dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev”, “Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib - Haqverdiyev”, “Folklorun Əbdürrəhim bəy Haqverdiyevin hekayələrinin poetikasina təsiri” kimi məqalələrin tam mətni təqdim olunur. Bununla yanaşı  istiifadəçilər virtual sərgidə yer alan görkəmli dramaturqun müəllifi olduğu əsərləri və onun haqqında qələmə “Əbədiyyət yolçusu”, “Klassiklərimizin ideal və poetik sənət dünyası” kimi kitabları onlayn olaraq oxumaq imkanına da malikdirlər.

 

“Əbdürrəhim bəy Haqverdiyev - 155” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.:

  https://www.ryl.az/multimedia/ebdurrehim-bey-haqverdiyev-155

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.