“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub Featured

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. 15 may 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda növbəti tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ulduz” jurnalının baş redaktoru, tanınmış şair Qulu Ağsəsin təşəbbüsü və dəvəti ilə təşkil olunmuş tədbirin qonağı — şair, publisist, siyasi ekspert və Milli Məclisin deputatı Elçin Mirzəbəyli idi.

E. Mirzəbəyli iştirakçılarla açıq və səmimi fikir mübadiləsi apararaq, Azərbaycan cəmiyyətində gedən ictimai-siyasi proseslər, gənclərin milli-mənəvi dəyərlərlə yetişməsi və ədəbi mühitin bugünkü vəziyyəti barədə fikirlərini bölüşüb. O, dövlətçilik və vətənpərvərlik mövzularında danışaraq, gənclərə milli düşüncə, tarixi yaddaş və məsuliyyət hissinin aşılanmasının zəruriliyini vurğulayıb.

AzərbaycanUniversitetinintələbələriqonağa çoxsaylı suallar ünvanlayıblar. E.Mirzəbəyli yazıçı və millət vəkili kimi gənclərə oxumağın, düşünməyin və milli kimliyə sahib çıxmağın əhəmiyyətini izah edib, müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirib

Tədbirin sonunda qonaq tələbələrə kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.