İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mayli Sayrus (Miley Cyrus) — amerikalı müğənni, bəstəkar, aktrisa və musiqiçidir. O, pop musiqisinin ən tanınmış ifaçılarından biri hesab olunur. Güclü və fərqli səsi, musiqi üslubundakı dəyişiklikləri, səhnə çıxışları və emosional mahnıları ilə məşhurdur.
Bu gün onun 34 yaşı tamam olur.
O, ilk dəfə Disney Channel telekanalında yayımlanan Hannah Montana serialı ilə geniş tanınıb. Sonralar müstəqil musiqi karyerasına başlayaraq pop, rok, kantri və diskoteka musiqisi üslublarında uğur qazanıb. Mayli Sayrus 23 noyabr 1992-ci ildə Destinyn Hope Cyrus adı ilə dünyaya gəlib. Ailəsi ona daim gülümsədiyinə görə “Smiley” ləqəbini verib. Sonralar bu ad “Miley” formasına çevrilib və o, 2008-ci ildə Miley Ray Cyrus adını rəsmi şəkildə qəbul edib.
2006-cı ildə Mayli Sayrus Hannah Montana serialında baş rolu canlandırmağa başlayıb. Serialda o, gündəlik həyatında adi məktəbli olan, lakin gizli şəkildə məşhur müğənni kimi fəaliyyət göstərən Mayli Stüart obrazını oynayıb. 2007-ci ildə Meet Miley Cyrus albomu ilə müstəqil musiqi karyerasına başlayıb.
2008-ci ildə Breakout albomu, 2013-cü ildə isə Bangerz albomu ilə daha geniş auditoriyaya çatıb. 2013-cü ildə yayımlanan “Wrecking Ball” mahnısı onun ən məşhur əsərlərindən birinə çevrilib. 2020-ci ildə çıxan Plastic Hearts albomunda rok musiqisinə daha çox yer verib. 2023-cü ildə yayımlanan “Flowers” mahnısı dünya miqyasında böyük uğur qazanıb.
Mahnı 2024-cü ildə ona iki “Qremmi” mükafatı qazandırıb. 2025-ci ildə Beyonsla birlikdə ifa etdiyi “II Most Wanted” mahnısına görə daha bir “Qremmi” mükafatı alıb.
Mayli Sayrusun əsas studiya albomları:
- Meet Miley Cyrus — Mayli Sayrusla tanış olun
- Breakout — Sıçrayış / Böyük uğur
- Can't Be Tamed — Əhliləşdirilə bilməz
- Bangerz — Bangerz (albomun xüsusi adı)
- Miley Cyrus & Her Dead Petz — Mayli Sayrus və onun ölmüş ev heyvanları
- Younger Now — İndi daha gənc
- Plastic Hearts — Plastik ürəklər
- Endless Summer Vacation — Sonsuz yay tətili
“Flowers” Mayli Sayrusun ən uğurlu mahnılarından biridir. Mahnı özünü sevmək, müstəqillik və ayrılıqdan sonra insanın öz gücünü tapması mövzularına həsr olunub.
Çəkildiyi tanınmış filmlər
- Big Fish (2003) - Böyük balıq
- Bolt (2008) - Bolt
- Hannah Montana: The Movie (2009) - Hannah Montana: Film
- The Last Song (2010) - Son mahnı
- LOL (2012) - LOL (Gülməkdən özünü saxlaya bilməmək)
- So Undercover (2012) - Gizli agent
- The Night Before (2015) - Əvvəlki gecə
- Guardians of the Galaxy Vol. 2 (2017) - Qalaktika mühafizəçiləri 2
Mükafatları və uğurları
- 2024-cü ildə “Flowers” mahnısına görə iki “Qremmi” mükafatı qazanıb.
- 2025-ci ildə “II Most Wanted” mahnısına görə üçüncü “Qremmi” mükafatını alıb.
- Bir neçə “Billboard Music Awards” və “MTV Video Music Awards” mükafatının laureatıdır.
- “Hannah Montana” serialı ilə dünya şöhrəti qazanıb.
- Musiqi və kino sahəsindəki fəaliyyətinə görə “Disney Legend” fəxri adına layiq görülüb.
Mayli Sayrus müasir pop musiqisinin fərqli və özünəməxsus simalarından biridir. O, uşaqlıqdan başlayan karyerasını zamanla dəyişərək həm pop, həm rok, həm də kantri musiqisində özünə yer qazanıb. Onun “The Climb”, “Wrecking Ball” və “Flowers” kimi mahnıları müxtəlif nəsillər tərəfindən sevilir.
“Ədəbiyyat və incəsənət”
(23.11.2026)


