İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Hələ dəköhnə lent yazılarını dinləyərkən onun səsinə valeh olmamaq mümkün deyil. Məsələn, onu tanımayanlardan bir təvəqqem var, “Ay köçəri quşlar...” mahnısını dinləyin. Yaxud, “Gecələr bulaq başı” mahnısını. Dərhal bu mahnıları sevdikləriniz listəsinə aid edəcəksiniz.
Hüseynağa Hadıyev 19 noyabr 1946-cı ildə Bakıda anadan olub. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq verib.
Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurub, institutu bitirdiyi il hərbi xidmətə çağrılıb, 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəlib. Hüseynağa bu xəbəri hospitalda eşidib. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətiriblər.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumayıb. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilib.
Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünüb. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur ediblər. Bu qadağalar onu həmişə özündən çıxarıb.
Albomları/Mahnıları
- Mənim dünyam
1. Nə Gözəldir Azərbaycan
2. Bağçadan Gələn Səs
3. Gəl Barışaq
4. Köçəri Quşlar
5. Bir Xumar Baxışla
6. Unuda Bilmirəm
7. Mehriban İnsanlar
8. Məzəli Mahnı
9. Xalidə
10. Gözəl
Hüseynağa Hadıyev az yaşayıb, cəmi 48 il. 12 yanvar 1994-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(19.11.2026)


