İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bizdə müğənnilərə bu sayaq adlar qoyulur – toylar kralı, madonna, primadonna və s. Bir fərqli ad da var – ekstravaqant. Bu adSəmra Rəhimliyə uyğunlaşdırılıbdır.
Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.
2012-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılıb. Amma 18 yaşlı Səmra xanımın gənc və təcrübəsiz olması, onun Milli Seçimlərin elə ilk mərhələsində məğlub olması ilə nəticələnib. Əvəzində o, 2014-cü ildə Türkiyənin "TV 8" televiziyasında yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak edib. İlk mərhələdə - "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa edərkən 2 münsif Səmra xanım tərəfə dönüb. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçib.
2015-ci ildə Azərbaycanın "AzTV " televiziyasında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak edib. O, ilk mərhələdə "Wrecking Ball" mahnısını ifa edib və bütün 4 münsif Səmra xanım tərəfə dönüb. Səmra xanım isə Manana Caparidzenin komandasında yarışmağı seçib.
2016-cı ilin 10 mart tarixində isə onun Avroviziya Mahnı Müsabiqəsi arzusu nəhayət ki gerçəkləşib. İctimai Televiziyanın müsabiqə üzrə münsiflər heyətinin iclasında Səmra Rəhimlinin "Miracle" mahnısı ilə Azərbaycanı 61-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınıb.
Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Səmra 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə alıb. Nəticədə ifaçı 185 xalla 6-cı yerdə qərarlaşaraq finala vəsiqə qazana bilib. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Səmra 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 117 xal toplayaraq yalnız 17-ci yerdə qərarlaşıb. Onun ifası qüsursuz lsa da mahnı elə də qəlblərə yol tapan mahnı olmayıb.
Mahnıları
- "O sevir"
- "Miracle"
- "Badminton"
- "Tərs gedir"
Klipləri
- Hypnotized
- Пиджак
- Armas
- Biri Yox, Biri Var
- Göz.
“Ədəbiyyat və incəsənət”
(20.10.2026)


