Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist, BDU-nun professor.
“Ədəbiyyat və incəsənət”
Muğamımızın ecazkar sənətkarı, Xalq artisti Mənsum İbrahimovun bu gün doğum günüdür. Azərbaycan muğam sənətinin inkişafına və dünyada tanıdılmasına böyük töhfələr verən sənətkar özünəməxsus ifa üslubu, zəngin repertuarı və bənzərsiz səs tembri ilə milli musiqi mədəniyyətimizin ən parlaq simalarından biridir.
Mənsum İbrahimov uzun illərdir səhnə fəaliyyətini uğurla davam etdirərək muğam sənətimizin ənənələrini yaşadır və onları gənc nəsillərə ötürür. Onun ifasında səslənən muğam və təsniflər Azərbaycan musiqisinin dərinliyini, zənginliyini və bənzərsiz ruhunu özündə əks etdirir.
Sənətkarın yaradıcılığı Azərbaycan sərhədlərini aşaraq ölkəmizin milli musiqi irsinin beynəlxalq səviyyədə təbliğinə də xidmət edir. O, həmçinin uzun illər ərzində gənc xanəndələrin yetişdirilməsinə və muğam sənətinin gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verib.
Əziz Mənsum müəllim, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və zəngin yaradıcılıq uğurları arzulayırıq. Qoy ecazkar səsiniz və sənətiniz uzun illər Azərbaycan musiqisevərlərini sevindirsin!
“Ədəbiyyat və incəsənət”
(01.10.2026)


