Kamera-instrumental və vokal əsərlərindən ibarət təntənəli konsert proqramı Featured

Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təntənəli konsert keçirilib 

 

Aysel Kərim,

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi.

“Ədəbiyyat və incəsənət”

 

Ölkəmizdə XVIII Beynəlxalq Musiqi Festivalı davam edir. Bir-birindən maraqlı, yaddaqalan tədbirlər, konsert proqramları sıralanmaqdadır.

21 sentyabr 2026-cı il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının kamera-instrumental və vokal əsərlərindən ibarət təntənəli konsert proqramı təqdim olunub. 

 

​Tədbiri giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq festivalın əhəmiyyətini və təqdim olunan proqramın zənginliyini vurğulayıb.

Konsertin aparıcılığını isə Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynova edib.

​Konsert proqramındə təqdim olunan əsərlər öz müxtəlifliyi, rəngarəngliyi ilə seçilib. Gecədə tanınmış və gənc bəstəkarların əsərləri, o cümlədən bir neçə parlaq premyera dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Bəzilərini mütlqə şəkildə qeyd etmək lazımdır:

​Üzeyir Hacıbəyli – "Leyli və Məcnun" operasından Müqəddimə (fortepianoda 4 əl üçün işləyəni – bəstəkar Gülnarə Səfərəliyeva). 

​İfaçılar: Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 saylı 11 illik Musiqi Məktəbinin müəllimi Zeynəb Həmidova,  Vs. şagirdi Dərya İsmayıllı. 

Rəna Qədimova – "Həsrət" (kamança və piano üçün, ilk ifa). 

​İfaçılar: Beynəlxalq müsabiqələr laureatı Hüseyn Nağıyev (kamança) və Sevinc Kərimova (piano). 

Məmməd Cəfərov– 2 Romans: "Ümid olun" (söz: Qismət Məsim), "Olmaz bana" (söz: Yunus Əmrə) (ilk ifa). 

​İfa edib: Günel Hacıyeva (soprano), Konsertmeyster: müəllif. 

​Elnarə Dadaşova – "Laçın" (Azərbaycan xalq mahnısının işlənməsi) və "Alqış qeyrətinizə" (2 saz və piano üçün). 

​İfaçılar: Əməkdar artist Elnarə Kabırlinskaya (piano),

AMK-nın magistri Ramal Abdullayev (saz), Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Cavid Abbasov (saz). Pianoda müşayiət edib – müəllif. 

​Mehriban Əhmədova – "Sən elə gözəlsən ki..." Romans (söz: Leyla Əliyeva, ilk ifa). 

​İfa edib: Beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli (soprano). Konsertmeyster: Əməkdar artist Eldar Məmmədov. 

​Firəngiz Babayeva – "Sonatina" (violonçel və piano üçün, ilk ifa). 

​İfaçılar: Beynəlxalq müsabiqələr laureatı Cəlalə İsmayılzadə (violonçel) və Svetlana Əhmədova (piano). 

​İlham Azmanlı – "Batan qala Səbail" (solo piano üçün, ilk ifa) və "Azərbaycan rəngləri" silsiləsindən №2. 

​İfa edib: İnci Azmanlı. 

Müslüm Maqomayev – "Şah İsmayıl" operasından Aslan şahın aryası. 

​İfa edib: Elçin Əhədzadə (bariton). Konsertmeyster: Beynəlxalq müsabiqələr laureatı Aynur Xəlilova. 

​Məmmədağa Umudov – "Rəqs-Fantaziya" (tar və piano üçün). 

​İfaçılar: Samir Əsədli (tar), Beynəlxalq müsabiqələr laureatı Firuzə Qədiməliyeva (piano). 

 

​Tədbir musiqisevərlər və sənət adamları tərəfindən yüksək qiymətləndirilərək gur alqışlarla başa çatıb.

Mən özüm hələ uzun müddət ​Aynur İsgəndərlinin ifa etdiyi "Sən elə gözəlsən ki..." romansının təsiri altından çıxmayacağımı hiss edirəm. Həqiqətən də Azərbaycan musiqisinə tay ola bilməz.

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.