TikTok-da ən çox izlənən məşhurlardan biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sizə kimdən deyim, kimdən deyim, Ceyson Derulodan deyim. O Derulodan ki, mahnıları bütün hitləri bəzəyir, 37 yaşında inanılmaz şöhrət tapmağı bacarıb.

 

Ceyson Derulo (Jason Joel Desrouleaux) — 21 sentyabr 1989-cu ildə ABŞ-ın Florida ştatının Mayami şəhərində anadan olmuş amerikalı müğənni, mahnı müəllifi, rəqqas və aktyordur. O, pop, R&B və hip-hop musiqisinin tanınmış simalarından biridir.

Derulo musiqiyə çox erkən yaşlarından maraq göstərib. Uşaq vaxtı mahnılar yazmağa başlayıb və yeniyetməlik dövründə artıq mahnı müəllifi kimi fəaliyyət göstərib.  Onun istedadı erkən yaşlarda nəzərə çarpıb və müxtəlif musiqi müsabiqələrində iştirak edib. 2006-cı ildə “Showtime at the Apollo” televiziya proqramında qalib gəlməsi onun üçün mühüm başlanğıclardan biri olub.

Jason Derulo əvvəlcə öz ifaçılığından daha çox başqa sənətçilər üçün mahnılar yazması ilə tanınmağa başlayıb. O, Lil Wayne, Pitbull, Diddy və digər sənətçilərlə əlaqəli musiqi layihələrində mahnı müəllifi kimi çalışıb. Onun mahnı müəllifi kimi uğurlarından sonra diqqət öz solo karyerasına yönəlib.

2009-cu ildə “Whatcha Say” adlı sinqlını yayımlayıb. Mahnı böyük uğur qazanıb və ABŞ-da Billboard Hot 100 siyahısında birinci yerə yüksəlib. Bu mahnı Jason Derulonun beynəlxalq musiqi karyerasının əsas başlanğıcı hesab olunur.

Onun ən tanınmış mahnıları arasında:

Whatcha Say

In My Head

Ridin' Solo

Don't Wanna Go Home

It Girl

Breathing

Talk Dirty

Wiggle

Want to Want Me

Swalla

If It Ain't Love

Tip Toe

Savage Love

Take You Dancing

Acapulco

yer alır. 2013-cü ildə yayımlanan “Talk Dirty” Derulonun ən böyük hitlərindən birinə çevrilib. Mahnıda amerikalı reper 2 Chainz də iştirak edib.  Mahnının fərqləndirici cəhətlərindən biri Şimali Afrika və Yaxın Şərq musiqisini xatırladan nəfəsli alət səslərindən istifadə edilməsidir.

2014-cü ildə yayımlanan “Wiggle” mahnısında reper Snoop Dogg iştirak edib. Mahnı xüsusilə rəqs yönümlü musiqi üslubuna görə geniş auditoriyaya çatıb.  2017-ci ildə yayımlanan “Swalla” mahnısında Nicki Minaj və Ty Dolla $ign iştirak edirdi. Mahnı dünyanın müxtəlif ölkələrində hitə çevrilib.

Derulonun sonrakı dövrünün ən böyük uğurlarından biri “Savage Love (Laxed – Siren Beat)” olub. Mahnı Yeni Zelandiyalı prodüser Jawsh 685-in yaratdığı instrumental üzərində qurulub. 2020-ci ildə BTS mahnının remiksində iştirak edib. Bu versiya dünya miqyasında böyük populyarlıq qazandı və Billboard Hot 100-də birinci yerə yüksəlib.

Jason Derulo yalnız müğənni kimi deyil, rəqqas və səhnə performansçısı kimi də tanınır. Onun kliplərində mürəkkəb xoreoqrafiyalar, akrobatik hərəkətlər və yüksək enerjili səhnə performansları mühüm yer tutur. Bu xüsusiyyət onu digər pop ifaçılarından fərqləndirən əsas cəhətlərdən biridir.

Derulo müxtəlif film və televiziya layihələrində də iştirak edib. O, “Cats” (2019) musiqili filmində Rum Tum Tugger obrazını canlandırıb.

Bundan başqa, televiziya proqramlarında münsif və ya qonaq kimi də çıxış edib. Jason Derulo sosial mediada, xüsusilə qısa rəqs və musiqi videoları ilə böyük auditoriya toplayıb. O, TikTok-da ən çox izlənən məşhurlardan biri olub və platformada musiqilərinin tanıdılmasından aktiv şəkildə istifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.