“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycanda xalq yazıçıları və şairlərini hər kəs tanıyır. Sayları çox azdır, hamısı da ulduzdur, görkəmlidir. Rəssamlar, teatr və kino xadimkəri də eləcə. Yəni bu sahələrdə ən yüksək fəxri ad almaq üçün illərini xərcləməli, xalq tərəfindən sevilməli, ölkə mədəniyyətinə böyük töhfələr verməlisən. Yeganə bir sahə musiqidr ki, burda bəzən elə xalq artistlərinə rast gəlinir ki, dörd ətrafa səslənib kim olduğunu soruşsan, kimsə bir şey bilməz.
Belələrinin bioqrafiyası da çox kasaddır. Oturub düşünürsəm ki, axı niyə xalq artisti?
Azərbaycan Respublikasının xalq artisti Eldar Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb və 1971–1973-cü illərdə buranın solisti olub. O, 1974-cü ildə Azərbaycan Estrada-Simfonik Orkestrinin, 1996-cı ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub.
Cəmi bu qədər.
Filmoqrafiya
- Əzablı yollar
Mükafatları
1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı.
İndi isə “axı niyə xalq artisti” sualının ən ağlabatan cavab variant. Baxın, musiqi sahəsində müasir mahnı janrı, klassiki musiqi – bu sahələr populyardır, orada parlayan hər kəs gözə tez dəyir. Amma hərbi orkestr ifaçısını harada görürük ki tanıyaq da? Bu sahədə spesifik rəqabət də yoxdur. Ona görə ən azı hərbçi həmrəyliyi səbəbindən Müdafiə Nazirliyi öz əməkdaşının yubileyində fəxri ad almasını təmin edə bilir.
Bu qədər bəsit.
Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)


