Azərbaycan rokunun ümid yeri – Teymur Nadir Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bəli, o Azərbaycan rok musiqisinin ümid yeridir.

O - Teymur Nadir.

 

Teymur Nadir 1973-cü il sentyabrın 7-ində Bakı şəhərində anadan olub, Nadir və Tamilla Kərimova cütlüyünün ilk övladı olub. 1975-ci ilin fevralında Teymurun Rövşən adında qardaşı anadan olur, hansı ki, illər sonra onunla birlikdə Azərbaycanda hər rok musiqisini sevən insan üçün məşhur olan ColDünya qrupunu yaradır.

1979-cu ilin sentyabrında,6 yaşında onun mükəmməl eşitmə və gözəl musiqi yaddaşına diqqət yetirərək onu musiqi məktəbinin fortepiano sinifinə qoyublar. 1983-cü ildə görmə qabiliyyətinin pisləşməsinə görə onu heç cür bitirə bilmədiyi musiqi məktəbindən çıxarıblar. 80-ci illərin sonunda o,öz ilk mahnılarını yazmağa başlayıb

Həmin vaxt The Beatles, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen və bir çox başqaları gəncin həyatına girir və həmişəlik qalır. Teymurun çaldığı və oxuduğu ilk qrup 1987-ci ildə məktəbdə yığılıb. Həmin vaxtda Bakıda rok cərəyanı öz intibahını yaşayırdı, ilk Bakı rok-klubu yaradılıb. Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb olub və rok-musiqisi yenidən yoxa çıxıb.

"ColDünya"nın yaradılması 1992-ci il kimi qəbul olunub, amma əslində bu 1990-cı ilin mayında Rövşən və Teymur qardaşlarının öz qruplarını yaratmaq qərarı ilə olub. 1990-cı ildən 1992-ci ilə qədər onlar "Vremena Qoda" adı altında çıxış ediblər. 1992-ci ildə Teymur qrup üçün ad fikirləşdi-"ColDünya". İllər sonra o,öz sçimini belə izah edib:

"Bizim üçün əsas olan uyğunlaşmayanı birləşdirmək cəhdi idi. Ona görə "Cold" sözü qərbin soyuq və praqmatik intellektinin simvolu kimi götürülmüş," dünya" sözü isə şərq xalqının mentalitetinə xas olan emosional komponenti bildirirdi.

Bundan başqa biz həmişə azərbaycan musiqisi ilə avropa musiqisini birləşdirmək istəyirdik. "ColDünya" bizim üçün Qərblə Şərqin birləşməsi,şüurun və insan ehtirasının aydınlanması,öz musiqimizlə əritmək istədiyimiz soyuq dünya obrazı oldu. Bu, bizim üçün çox cəlbedici idi"

1993-cü ilin sonunda qrupa barabançı Samir Cəfərli, daha sonra bas-gitarist Aydın Hacıyev daxil olub və qrup bu tərkiblə yalnız Azərbaycanda deyil, həm də onun sərhədlərindən uzaqda musiqi sevərlərə tanınıb. 1996-cı il "ColDünya" üçün irəliləyiş ili olub: qrup Teymur Nadir tərəfindən yazılan və britaniya radiostansiyası BBC-nin ən yaxşı xarici hitlərinin 10-luğuna daxil olan "Sehrbaz" kompozisiyası sayəsində geniş beynəlxalq populyarlıq əldə edir.

Keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan musiqi kolleksiyasının doğma dildə yazılan mahnı ilə belə uğur qazanması və 2 həftədən çox ən yaxşı 7 yerdə qalması birinci dəfə idi. Qrup öz inkişaf və şöhrət dövrünü yaşayıb, onun təkcə vətəndə deyil, həm də onun kənarında pərəstişkar ordusu yaranıb. Qrupun konsertləri ictimaiyyət qarşısında açıq meydanlarda keçirilməəyə başlayıb.

Əminliklə demək olar ki,musiqiçilər nəinki Azərbaycan rok-musiqisinin məşhurlaşmasında, həm də sərhədlərimizdən kənarda Azərbaycan rok propaqandasının məşhurlaşmasında vacib rol oynayıblar. 2000-ci ilin yanvarında "ColDünya" dinləyiciləri arasında keçirilən sorğuya görə 4-cü yer tutaraq Azərbaycanın ən yaxşı sənətçiləri siyahısının beşliyinə düşüb.

2002-ci ildə "ColDünya" "Azərbaycanın ən yaxşı qrupu" adını aldı və Milli musiqi mükafatı olan "Altun Nar"-ı qazandı və bununla sübut etdi ki,rok-musiqiçiləri də ölkənin mədəniyyətinin bir hissəsidir. Bu fakt yalnız rəsmi orqanlar tərəfindən kollektivin yaradıcılığının tanınması deyil, həm də müasir Azərbaycan musiqisində Azərbaycan rokunun mövcudluğu və mədəni əhəmiyyəti faktının tanınmasıdır.

2003-cü ildə qrup dərhal 2 əhəmiyyətli işini yayımlayıb - "Məktub" albomu, arxasınca isə görkəmli Azərbaycan musiqiçisi UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə hazırladığı "Oyanış" albomu. Konsepsiyanın yaradılmasında və qrupun imicində məhz Teymur Nadir əsas rol oynayırdı, o, "Sehrbaz", "Zeynəb", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Gözəl yar" və s. kimi məşhur və sevilən mahnıların müəlifi idi.

Teymurun "Aç balaca qanadlarını" mahnısı Azərbaycan rokunda,bəlkə də,ən tanınmış (Yuxu qrupunun "Xəzərin sahilində" mahnısı ilə bir sırada) kompozisiyası oldu,ona çəkilən klip isə son illərdə ən çox baxılan videolardan biridir. Musiqiçinin başqa bir tanınmış kompozisiyası "Son məktub",rok qrupu ilə birlikdə canlı orkestrin və qadın vokal üçlüyünün səsləndirməsi ilə Azərbaycan rokunda birinci eksperiment olub

Geniş beynəlxalq məşhurluq qazanıb və BBC-nin ən yaxşı xarici hitlərnin onluğuna daxil olub. "Sehrbaz" kompozisiyasının müəllifi və ifaçısıdır. Teymur Nadir "ColDünya" qrupunun tərkibində Azərbaycanın ən yaxşı pop-sənətçisi adını alıb, "Məktub" albomuna görə Azərbaycan Milli musiqi Mükafatının qalibidir. "ColDünya" qrupunun tərkibində və Azərbaycanın xalq artisti, UNESCO mükafatının qalibi Alim Qasımovla birlikdə "Oyanış" albomuna görə Fransa musiqi Akademiyası Mükafatının qalibidir.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.