Azərbaycanda və dünyada – hər yerdə uğur, hər yerdə nailiyyət Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Cop29 zamanında Yunanıstansəfirliyinindəvətiilə Azərbaycan MilliKonservatoriyası tələbələrindənibarətansamblınrəhbərivə vokalifaçısı kimiOlimpiyaStadionundaYunanvə Azərbaycandillərində akapelloilə çıxış edən sənətçi hamının diqqətini cəlb etdi. Bu, Şölə Səfərəliyeva idi.

 

Şölə Cavanşir qızı Səfərəliyeva 29 avqust 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə 200 saylı BMLK-da orta təhsilə başlayıb. 1992-ci ildə 21 nömrəli musiqi məktəbinin fortepiano sinfinə qəbul olub. 2 oktyabr 1995-ci ildə "Qaya" kvartetinin solisti Rauf Babayevin musiqi məktəbində başladığı vokal sinfinə qəbul olub, "Bəri Bax" uşaq ansamblının solisti kimi fəaliyyətə başlayıb. 11 illik vokal sinfini bitirib.

2001-ci ildə İctimai-Siyasi universitetin Azərbaycan dili və ədəbiyyatı filologiya fakültəsinə daxil olub. Təhsil illərində şairlər Zöhrab Tahir, Nəriman Həsənzadə, görkəmli tarixçi alim İqrar Əliyev, politoloq Aydın Mirzəzadədən dərs alıb. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının populyar musiqi və caz fakültəsinin magistr pilləsinə (solo oxuma) qəbul olub.

Bəri Bax ansamblının tərkibində bir çox festival və müsabiqələrdə diplom və mükafatlara layiq görülüb. Qönçə 1996…fəxri fərman, caz festivallarda masterklasslarda iştiraka görə diplomlar, İlin ən fəal gənci diplomu. Slavyanskiy bazar 2001 (qranpri)və b.. və həmin ildən Mədəniyyət nazirliyində çalışır. "Qaya" dövlət ansamblının tərkibində fəaliyyət göstərən Bəri Bax uşaq ansamblı dəfələrlə ölkənin ən mötəbər tədbirlərində çıxış edib.

Qrupun tərkibində bu günədək İstanbul, İskenderun və Qahirədə, YUNESKO-nun təşkilatçılığı ilə Parisdə, Vainqtonta, Tbilisidə, Vitebsk, diasporanın vasitəsilə Berlində və digər şəhərlərdə solo konsertlər verib, dövlət səviyyəli tədbirlərdə çıxış edib. Səhnə fəaliyyətini daha da genişləndirmək üçün 2003-cü ildə keçirilən ilk Sing Your Song, 2005-ci ildə keçirilən ikinci Azəri Star müsabiqələrində solo ifaçı kimi finala çıxıb, diplomlara layiq görülüb.

Eyni zamanda 2010-cu il üçün keçirilən Avroviziya müsabiqəsinin final seçmə turlarında iştirak edib.

Musiqi ilə yanaşı digər səhnə imkanlarını artırmaq məqsədilə müsabiqə yolu ilə 2011-ci ildə ANS ÇM radiosunda aparıcı dj kimi praktika keçib, həmçinin ANS TV tərəfindən keçirilən ilk USA-Azerbaijan media academy-yə qəbul olunub, jurnalistikanın incəliklərinə yiyələnməyə çalışıb.

Kanalın rəhbəri Vahid Mustafayev və ABŞ-nin o illərdə ölkəmizdəki səfiri Metyu Brayza tərəfindən diplomla mükafatlandırılıb. Bir müddət ANS TV və Bakı film kino studiyasında çalışıb. 2007-ci ildən etibarən Bəri bax ansamblı rəsmi olaraq Qaya dövlət ansamblı adını alır və uşaqlardan ibarət Bəri Bax qrupundan bu günədək kollektivdə fəaliyyətini davam etdirən yeganə solisti kimi qrupda ifası davam edir.

2007–2008-citədrisillərində həmçinin 21 saylı musiqiməktəbində xordərslərininaparıcısı olub. 2012–2014-cü illər ərzində qrupdakı ifa ilə yanaşı KATV1 kabel televiziyasında fəaliyyət göstərən Chatbox kanalında musiqili , həmçinin Psixoloq adlı psixoloji verilişin aparıcısı olub. İfaçılıqla yanaşı həmçinin şeir yazmaqla da maraqlanır.

Bəri bax, Qaya ansamblında ifa olunan, bundan əlavə qrupun bədii rəhbəri Rauf Babayevin bəstələdiyi musiqilərin, solo ifasında səslənən bir çox mahnıların söz müəllifidir. 2015-ci ildə Qazaxıstanın Atırau şəhərində diasporamızın təşkilatçılığı ilə keçirilən 10 may ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş dövlət tədbirində solo konsertilə çıxış edib.

Bu gün 1992-ci ildən bəri davam edən musiqi fəaliyyəti, Bəri Bax, Qaya dövlət ansamblındakı uğurları ilə yanaşı solo yaradıcılığında da nailiyyətləri az deyil (ölkə daxilində dövlət tədbirlərində, görkəmli şəxsiyyətlərin yubiley konsertlərində, televiziyalarda solo ifalar və s.).

 27 may 2018-ci ildə Əməkdar artist adına layiq görülüb. 2018 iyul ayında Gənclər və idman nazirliyinin təşkil etdiyi MDB ölkələrinin gəncləri üçün keçirilən ilk yay düşərgəsində estrada vokal dərsində master klass keçib.

15 sentyabr 2022-ci ildən etibarən Azərbaycan Milli konservatoriyasında Populyar musiqi və caz kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Şuşa İslam Mədəniyyət paytaxtı 2024 çərçivəsində 12 oktyabrda “Şuşa şəhərinin İslam Memarlıq irsi” adlı simpoziumda bədii hissədə çıxış edib.

 

Videoqrafiya

- Sən Rəssam        

-         Xəbəri Yox

- Susmayaq

- 10-a Qədər Say  

- Əlvida ft. Sevən Ürəklər        

- Ola Bilməz         

- Sənsən ft. Anar Nağılbaz

- Ürəyimdə

- Ürəyin Tələbi

- Uzat Əlini

- Möcüzə

- Bir də görərdim

- Sənsən      

- Milli popurri

 

Mükafatları

- Qönçə 1996…fəxri fərman

- Caz festivallarda masterklasslarda iştiraka görə diplomlar

- İlin ən fəal gənci diplomu

- Slavyanskiy bazar 2001 (qranpri)

- Əməkdar artist

 

Ədəbiyyat və incəsənət”

(31.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.