Türkiyə alternativ musiqisinin ən güclü təmsilçilərindən biri olan Model qrupu 10 illik fasilədən sonra səhnəyə dönüşünü İstanbulda möhtəşəm iki konsertlə qeyd edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Künye online-yə istinadən məlumat verir.
Bayhan Müzik təşkilatçılığı ilə avqustun 15-i və 16-da Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında səhnəyə çıxan qrup hər iki gecə bütün biletləri sataraq minlərlə musiqisevəri bir araya gətirib.
Model qrupu 10 illik fasilədən sonra səhnəyə qayıdışını beləliklə, iki gecə ardıcıl anşlaqla qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(18.08.2026)


