Sumqayıtdan çıxan bir uşaq Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sumqayıt, 8-ci mikrorayon. Atasız bir uşaq böyüyür. Anası min bir zülümlə onun  ərzaqla, geyimlə təminatını təşkil edir, onun təhsiliylə, tərbiyəsiylə məşğul olur. Onun istedadını duyub musiqi təhsili almasına şərait yaradır. Uşaq da böyük həvəslə gələcəyinin ardınca gedir...

 

Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb.

Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub. 1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib. 2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.

2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var. 2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib. 2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib.

Layihənin bədii rəhbəri Teymur Əmrah olub. 22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib. 2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. 2015-ci ildə YAP Gənclər Birliyinin IV Konfransında Rəyasət Heyətinin üzvü seçilib.

2013-cü ildə Heydər Əliyev Sarayında prodüseri Tarix Əliyevin təşkilatçılğı ilə xeyriyyə konserti keçirilib. 20 ildən çoxdur ki, Azərbaycanın dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş Bakıda ve digər bölgələrdə iştirak edir. Kamera orkestrı ilə keçirilən konsertdə Azərbaycan bəstəkarları Tofiq Quliyev, Rauf Hacıyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oktay Kazımi, Aygün Səmədzadənin əsərlərini ifa edib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solisti seçilib. Hal-hazırda Azərbaycan Dövlət Televizya ve Radio Verilişləri QSC-nin solistidir.  22 may 1994-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Vətənimdir — Odlar Yurdu" uşaq özfəaliyyət yaradıcılığı və müsabiqənin qalibi — Sumqayıt şəhəri Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı "Səda" instrumental ansamblının solisti kimi diplomla təltif edilib.

2 fevral 2000-ciildə AzərbaycanRespublikası Gənclərvə İdmanNazirliyi, şəxsənnazir ƏbülfəsQarayevtərəfindən "Gənclik-99" gəncmüğənnilərinRespublikaestrada-mahnı müsabiqəsininfinalmərhələsində uğurlu çıxışınagörə, Azərbaycangənclərgünü münasibətilə diplomlatəltifedilib. 17 may 2018-ci ildə Azərbaycan Kikboksinq Federasiyası və şəxsən prezident Adil Əliyev tərəfindən kikboksinqin inkişafında göstərdiyi xidmətə görə fəxri diplomla təltif olunub.

3 iyul 2018-ci ildə Daxili işlər orqanları əməkdaşları arasında mədəniyyət və incəsənətin təbliğində xüsusi xidmətlərinə, Daxili İşlər Nazirliyinin təşkil etdiyi mədəni, bədii proqramlarda fəal iştirakına görə, habelə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən fəxri fərmanla təltif edilib. 16 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.

Sumqayıt çox istedadlar yetişdirib. Elton da onlardan biridir.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.