Zəlimxan Yaqubdan sonra O Featured

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Aşıqlar Birliyi...

Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra çoxları bu qurumun fatehəsini oxudular. Amma belə lmadı. Məhərrəm Qasımlı birliyi şövqlə idarə edib nüfuzunu qoruyub saxlaya bildi.

Bu gün Məhərrəm müəllimin doğum günüdür, 68 yaşı tamam olur.

 

Məhərrəm Paşa oğlu Qasımlı 5 avqust 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib. AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun "Şifahi xalq ədəbiyyatı və ədəbi abidələr" şöbəsinin müdiridir. 1992–2017-ci illərdə Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. 1998–2017-ci illərdə isə müdafiə şurasının üzvü olub.

Beşcildlik və oncildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin Baş Redaksiya şurasının üzvü, birinci cildin isə məsul redaktoru və əsas müəlliflərindən biridir. 2004-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur. 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur.

Eyni zamanda M. Qasımlı Beynəlxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi və "Milli Folklor" (Türkiyə) beynəlxalq jurnalının redaksiya heyətinin üzvüdür. Elmi fəaliyyətlə yanaşı təhsil sistemində də fəaliyyət göstərən prof. M. Qasımlı Azərbaycanın bir çox nüfuzlu universitetlərində də çalışıb

1998–2015-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində elmi şuranın üzvü, 2004–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında tədris proqramlarının üzvü olub. Bundan başqa Lənkəran Dövlət Universitetində (1998–2007), 1994–2022-ci illərdə isə Azərbaycan Universitetində müqavilə ilə işləyib. 2016-cı ildən Azərbaycan Respublikasının Dövlət Mükafatları Komissiyasının üzvüdür.

1996-cı ildən AYB-nin üzvü olub. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi olub, 2016-cı ildə Birliyinin sədri seçilib. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-da qeyd olunmasında yaxından iştirak edib. 2017-ci ildə UNESCO-da qeydə alınan "Yallı" layihəsinin və "Azərbaycan rəqsləri" layihəsinin həmmüəllifi olub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün kiçik qrant müsabiqəsində "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" adlı layihəsi ilə qalib olub. Bədii əsərlərində Orxan Paşa imzası işlədir. Bədii əsərləri Azərbaycanda, Gürcüstanda, İranda, Türkiyədə nəşr olunub

 Azərbaycanda 500-dən çox elmi məqalələri, 21 kitabı, 5 monoqrafiyası çapdan çıxıb. Xaricdə isə 70-dən çox məqaləsi çıxıb. Rəhbərliyi altında 50-ə yaxın dissertant və doktorant fəlsəfə doktorluğu üzrə namizədlik dissertasiyası müdafiə edib.

 

Kitabları

- "Aşıq sənəti"

- Aşıq sənəti

- "Sənə sözüm var"

- "Ozan-aşık sanatı"

- Qasımlı M. Ozan-aşıq sənəti.

- Şah İsmayıl Xətayinin poeziyası

- "Yağmur qoxusu"

- Taleyimdən və ürəyimdən keçənlər

- Saz başına döndüyüm

 

Məqalələr

- Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti

- Dədə Qorqud məzarının ünvanı Dəmirqapı Dərbənd

- Gedək Təbrizə-Təbrizə; Xudafərin körpüsü; Azərbaycanım;Yol verin; Gəldin. Parçalanmış millətin harayı

- Ruhumuzun və dilimizin sərrafı

 

Filmoqrafiya

- Haqq aşığı

- Mən Orxan Paşayam

- Saz-söz axşamı (AzTv-də yayımlanan silsilə film verilişlər

- O-Məhərrəm Qasımlı (Mədəniyyət Televiziyasında yayımlanan veriliş)

 

Mükafatları

- Azərbaycan Respublikasının Dövlət Mükafatı

- "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

- "Şöhrət" ordeni

- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı

 

“Ədəbiyyat və incəsənət”

(05.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.