İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sənin sənətə gəlişinə yaşıl işıq birdən-birə iki dəfə yandırılır. Birincisi – atan görkəmli xanəndə olur. İkincisi, sənə ustadlar ustadı uğurlu yol diləyir...
Söhbətim Nizami Abdullayev barədədir.
Bu gün doğum günüdür, yubileyidir, 75 yaşı tamam olur.
Abdullayev Nizami Ağabala oğlu 17 iyul 1951-ci ildə Füzuli şəhərində, Azərbaycanın görkəmli xanəndəsi Ağabala Abdullayevin aliləsində anadan olub. 1958–1968-ci illərdə orta məktəbdə oxumaqla yanaşı, musiqi məktəbində də təhsil alıb. Nizami Abdullayev sənətə gəlişini belə xatırlayır:
"Mən muğamın sirlərini atamdan öyrənmişəm, xeyir-duanı isə Seyid Şuşinski vermişdir. 1963-cü ildə dədəmin ustadı Seyid Şuşinski bizə qonaq gəlmişdi. Xoşbəxtəm ki, Seyid Şuşinski kimi bir şəxsiyyətlə ünsiyyətdə olmuşam, onun qulluğunda durmuşam. Dədəm ona Həmişə "Ağa", "Ustad" deyə müraciət edərdi. Ağaya təzə dəmlənmiş samovar çayı gətirdim.
Elə bu zaman dədəm ustada söylədi ki, Ağa, bir nökərin var, ona qulaq asarsanmı?
-Kimdir о?
-Bizim Nizamini deyirəm, Həm də yaxşı tar zalır.
Tez tarı gətirib köklədim, dedim, dədə, nə oxuyum?
Dədəm soruşdu:
-Ağa nə oxusun?
Seyid qayıtdı ki, elə atasının "Zabul"unu oxusun.
Baxdım dədəmin üzünə, dedi bir "Segah" oxu. Özüm çaldım, özüm oxudum. Ardınca da dədəmin məşhur "Nə var könlündə, könlündə" mahnısını.
Bir anlıq sükutdan sonra Ağa dədəmə dedi:
-Sənin uşaqlıq səsindi. Bunun gələcəyi uğurlu olacaq, sənin yolunu bu davam etdirəcək."
Seyid Şuşinskinin xeyir-duasından sonra Nizami Abdullayevin musiqiyə, muğama olan həvəsi birə-beş artıb, öz üzərində daha çox zalışmağa başlayıb. 1968-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsinə daxil olub. 1973-cü ildə həmin institutu bitirərək Hərbi xidmətə yollanıb.
1974-cü ildə Hərbi xidməti başa vuran Nizami Abdullayev zabit rütbəsi ilə tərxis olunub. 1975-ci ildə "Zabul" instrumental ansamblını yaradıb və ona rəhbərlik edib. 1975–1977-ci illərdə keçirilən müsabiqədə respubli-ka üzrə birinci yerə çıxıb, "Qızıl medal"a layiq görülüb. О,1992–1996-cı illərdə Füzuli rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Nizami Abdullayev müxtəlif ölkələrdə qastrol səfərlərində olub, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edib. Təkcə Dani-markada "Qarabağ ocağı" ansamblı ilə 8 şəhərdə bir-birinin ardınca 32 konsert verib. Qarabağ müharibəsi başlayandan tez-tez cəbhə böl-gələrində konsertlər verib, əsgərlərimizin döyüş əfval-ruhiyyəsinin artmasına köməklik edib.
Bu cür xidmətlərinə görə Müdafiə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb. 1991-ci ildə ilk xeyriyyə konserti verən Nizami Abdullayevin xeyriyyə konsertlərinin sayı 200-ü ötüb. 19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(17.07.2026)


