İlk dəfə istedadını müəllimi üzə çıxarıb Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Muğamsənətilə məşğulolmağabaşladığı ilkgündənbugünə qədər, musiqimizi 30-dan çox ölkədə festival, dövlətbayramları və mədəniyyətgünləriilə əlaqədartədbirlərdə təmsiledib.

BunlaramisalolaraqABŞ, BöyükBritaniya, Brazilia, Fransa, Almaniya, Avstriya, Belçika, İsveçrə, İtaliya, Albaniya, Amsterdam, Malta, Rumıniya, Rusiya, Polşa, CənubiKoreya, Çin, Gürcüstan, Hindistan, Qazaxıstan, Özbəkistan, Bolqarıstan, Macarıstan, İran İslamRespublikası, İspaniya, Mərakeş, Qətər, Litva, Serbiya, Tunis, Türkiyə və Yunanıstanı göstərməkolar.

 

Söhbət Arzu Əliyevadan gedir.

Əliyeva Arzu Qurban qızı 14 iyul 1991-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Səbail rayonunda yerləşən Tofiq Məmmədov adına 239 saylı orta məktəbin I sinfinə gedib, 2008-ci ildə həmin məktəbin XI sinfini bitirib. Bundan əlavə 2002-ci ildə Yasamal rayonunda yerləşən 22 saylı musiqi məktəbinə muğam dərsləri almağa gedib.

2008-ci ildə həmin məktəbi qırmızı diplomla bitirib. Bundan əlavə 7-illik fortepiano təhsili də var. 2008–2012-ci illərdə bakalavr, 2013–2015-ci illərdə magistr pilləsi üzrə Azərbaycan Respublikasının Milli Konservatoriyasını qırmızı diplomla bitirib. Konservatoriyada oxuduğu illərdə dərslərini əla qiymətlə oxuduğu üçün "Süleyman Ələskərov" adına təqaüdlə təltif edilib.

Müəllimi Respublikanın Xalq artisti, Dossent, Şərəf ordenli Mənsum İbrahimov olub. İlk dəfə istedadını müəllimi üzə çıxarıb. Məsuliyyətli və böyük səhnədə olan çıxışı 2003-cü ildə "Heydər Əliyev adına Saray"da keçirilən ölkə Prezidentimiz cənab İlham Əliyevin and içmə mərasiminə ayrılan konsert proqramında olan çıxışı olub. 2004-cü ildə Türkiyə Respublikasında keçirilən "VII Uluslararası dünya festivalı"nda uğurlu çıxış edib

2005-ci ildə televiziya vasitəsilə yayımlanan Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunan "Muğam ifaçılarının 1-ci Respublika müsabiqəsi"nə seçilən 20 finalçıdan biri də Arzu Əliyeva olub. Həmin ildə "Dövlət Muğam Teatrı"nın rəhbərliyi tərəfindən işə dəvət alıb və orada çalışdığı üç il ərzində bir çox dövlət tədbirlərində müvəffəqiyyətlə çıxış edib. 2006-cı ildə Astara rayonunda keçirilən "Muğam ifaçılarının III Respublika müsabiqəsi"nin "Qrandpri" mükafatına layiq görülüb.

2006-cı ildə Qazağıstan Respublikasında keçirilən "Delfi Oyunları" müsabiqəsinin laureatı olub və 2007-ci ildə Hindistanın Dehli, Laknao və Hardivar şəhərlərində "Mədəniyyət günlərinə" həsr olunan konsertlərdə iştirak edib. Bununla yanaşı həmin ildə İran İslam Respublikasında "Azərbaycan günləri"ndə də iştirak edib. 2007-ci ildə daha bir səfəri Cənubi Koreyanın Seul şəhərinə olub. Burada kecirilən "Azərbaycan günləri"ndəki çıxışları cox gözəl qarşılanıb.

2007-ci ildə növbəti səfəri Özbəkistanın Səmərqənd şəhərinə olub. Orada keçirilən "Şərq Təranələri" festivalında "YUNESKO-nun BAŞ MUKAFATI" na layiq görülüb. 2008-ci ildə Avstriyanın Viana şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2008-ci ildə Fransanın Paris, Belçikanın Brüssel, Almaniyanın Münhen şəhərlərinə səfərlər olub. Bundan əlavə Çin, Mərakeş, Litva, Rusiyanın müxtəlif şəhərlərində keçirilən "Mədəniyyət günləri"ndə də iştirak edib.

2009-cu ildə keçirilən "I Respublika Muğam Müsabiqəsi"ndə" laureat adını qazanaraq "I Beynəlxalq Festivalı çərçivəsində keçirilən Muğam Müsabiqəsi"ndə müsabiqənin ən gənc iştirakçısı kimi "Bəstəkarlar İttifaqı"nın mükafatına layiq görülüb . 2010-cu ildə Bəstəkar Süleyman Ələsgərov Mükfatı laureatı olub və eyni ildə İngiltərənin London şəhərində keçirilən "Mədəniyyət günləri"ndə iştirak edib və 2011-ci ildə əlaçı tələbə olduğu üçün Həmkarlar ittifaqının təqaüdünə layiq görülüb.

2011-ci ildə keçirilən "II Beynəlxalq Muğam festivalın"da Akademik Opera və Balet teatrında "Şah İsmayıl" operasında "Ərəbzəngi"obrazını canlandırıb. 2011-ci ildə Qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasının Perm şəhərində, Serbiyada Cənab Prezidentimiz İlham Əliyevin də iştirakı ilə keçirilən ümummilli Liderimiz Heydər Əliyevin büstünün açılış mərasimində, konsert proqramlarında iştirak edib. 2012-ci ildə Moskva şəhərində keçirilən "Mədəniyyət günlərin"də iştirak edib.

2012-ci ildə İtaliyada Nizami Gəncəvinin büstünün açılış mərasimində möhtəşəm konsert proqramında iştirak edib. 2012-ci ildə tarixdə Türkiyə Cumhuriyyətində ilk dəfə keçirilən "Azərbaycan günləri"ndə iştirak edib, 2013-cü ildə fervralin 2-si "Gənclər Mükafatı laureatı" və bununla yanaşı "İlin işgüzar xanımı" adına layiq görülüb.

2011-ci ildə "Azərbaycan gözəldir", 2013-cü ildə "Deyin hardadır" və 2017-ci ildə 3-hissəli musiqi albomu işıq üzü görüb. 2013-cü ildən "Əsli və Kərəm" opersında Əsli, 2015-ci ildən "Leyli və Məcnun" operasında Leyli obrazını canlandırmağa davam edir.

 Tamaşalarda tərəf müqabilləri — Respublikanın Xalq artisti, ustadı Mənsum İbrahimov və Respublikanın Əməkdar artistləri Təyyar Bayramov, Elnur Zeynalov və İlkin Əhmədovdur. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistidir.

2018-ci il Mayın 27-də ölkə başçısının sərəncamı ilə Azərbycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. 2020-ci ildə "Humay" mükafatına layiq görülüb. 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülüb. Hal-hazırda fəaliyyətini Akademik Opera və balet teatrında və Beynəlxalq muğam mərkəzində davam etdirməklə bir çox Dövlət tədbirlərində də çıxışlar edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.