Layiqincə qiymətini almayan Elman Bədəlov Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

İllərgəlibkeçir, təqvimdəyişir, arzulartəzələnir, planlara, nailiyyətlərə yenə rəngqatılır. Dəyişməyənsə, yaddaşımızdaqalanxatirələrdi. ElmanBədəlovkimisənətkarı dipdirisaxlayanxatirələr. ElmanBədəlovlaindikigəncoxucunun, gələcəyintəmsilçiləriningörüşünə körpü salanxatirələr...

 

SeymurElsevərinelə busözlərindənqanadlanıb görkəmli incəsənət xadimi Elman Bədəlov barədə söhbətimizə başlayaq.

Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olub. Gənc yaşlarından musiqi ilə məşğul olub, tar və kamaça alətlərində məharətlə ifa edib. Ağdam Dövlət Dram Teatrının tamaşalarında, kosertlərlə çıxış edib, Azərbaycan gənclərinin II festivalının laureatı olub (1957).

Bununla yanaşı, Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil alıb və müəllim kimi çalışıb. Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) alıb. 1958-ci ildən ömrünün sonuna kimi Azərbaycan Teleradiosunun S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olub.

Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış edib, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və s.) qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış edib. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Azərbaycan Dövlət Konservatoriyasında dərs də deyib.

Seymur Elsevər daha sonra yazıb:

“Üzüm-gözüm mətbuata yenicə öyrəşmişdi ki, qəfil acı xəbər çatdı qulağıma: Elman müəllim həyatla vidalaşdı. İndiki kimi yadımdadı, 1991-ci ilin iyun ayıydı. Altmış iki il əvvəl iyunun isti günlərinin birində dünyaya gələn Elman Bədəlov köç etdi. Orası da yadımdadı ki, bu itki ilə bağlı ilk yazını mərhum şairimiz Şahmar Əkbərzadənin imzasıyla "Mədəniyyət"də oxudum.

İndi aradan illər keçəndən sonra Elman müəllimin şəxsində necə sənətkarı və insanı itirdiyimizi əməllicə kəsdirirəm. Görünür, onun əsl dəyərini başa düşmək üçün yaşa dolub, sənət aləmində baş verən keyfiyyət və kəmiyyət dəyişikliyini tamam-kamal təhlil edə bilmək lazımmış. Və indi mən yaxşı başa düşürəm ki, Şahmar Əkbərzadənin için-için göynərtisinin səbəbi nəymiş. Əvvəla, o, mənim indiki yaşımdan xeyli böyük idi, həyatın eniş-yoxuşundan keçmişdi, saf-çürük eləməyə qabiliyyəti çatırdı.

İkincisi, Elman Bədəlov Şahmar müəllimə dərs demiş, qəlbində sevimli müəllimlərindən biri kimi yuva salmışdı.  Bəli, Elman bəyin olduqca savadlı riyaziyyat müəllimi olmasını desək, yəqin bilməyənlərə təəccüblü görünər. Ancaq həqiqətdi. Böyük Vətən müharibəsindən sonrakı illərdə o zaman fəaliyyət göstərib, sonra bir müddət işinə fasilə vermiş Ağdam Dövlət Dram Teatrında musiqiçi kimi çalışması, Ağdam Musiqi Məktəbində dərs deməsi də olub Elman müəllimin. Ta 1957-ci ilədək.

Bu, o zamanıydı ki, Elman Bədəlov çıxışıyla fərqləndiyi respublika müsabiqəsində böyük sənətkarların diqqətini cəlb etmişdi. Məhz bunun nəticəsi olaraq doğulub boya-başa çatdığı Ağdamla sağollaşıb Bakıya gəlmişdi. Elə o gələn olmuş, taleyini birdəfəlik Bakıya bağlamışdı. Bakıda keçən otuz dörd illik müddətdə onun dəyişməz iş yeri sayılan Azərbaycan Televiziyasının Xalq çalğı alətləri orkestrində bir-birindən gözəl ifalar etmişdi.

Həmin illərin xeyli hissəsi milli teleradionun qızıl fondundadı. Hərdən efirdə o günlərə şahidlik edən lentlər göstərilir, səsləndirilir. Elman Bədəlov Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Əlli üç yaşında - dahi Üzeyir bəyin yaratdığı, ölməz Səid Rüstəmovun uzun illər rəhbərlik edib formalaşdırdığı xalq çalğı alətləri orkestrində iyirmi beş il sərasər çalışandan, uşaq musiqi məktəbində yoruldum demədən dərs deyəndən sonra... Sonrakı illərdəsə fəxri ad dəyişikliyi baş tutmamışdı, heyif ki. Onun qapıları döyməmək xasiyyəti, hamıynan münasibətdə pərdə saxlaması, görünür bu kişinin halal haqqını almasına kömək əvəzinə, mane olub. Bəli, başqa cür düşünə bilmirsən. Elə indinin özündə də Elman bəyə münasibət ciddi dəyişməyib. Nədən ki, ailəsinin mövqeyi də rəhmətliyin xasiyyətinə uyğundu. Səbirlə, mədəniyyətlə oturub onun layiqincə qiymətləndiriləcəyinə, yada salınacağına inanır bu sadə insanlar…”

Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.