Bülbülün 129 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, dahi Bülbülün anadan olmasının 129-cu ildönümünə həsr olunmuş konsert proqramı baş tutub.

 
“Ədəbiyyat və incəsənət” portalına muzeydən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində misilsiz xidmətlərindən bəhs edib.
Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, AMK-nın nəzdində incəsənət gimnaziyasının şagirdləri, gənc ifaçılar Bülbülün repertuarından əsərlərlə çıxış ediblər.
Həmçinin tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Bülbülün yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Sonda isə Bülbülün ifasında "Koroğlunun ariyası" videorolik formatında təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.