İlk azərbaycanlı qadın rejissorlardan biri Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

AzərbaycanSSRxalqartistiGülcahanGüləhmədova - buadsizə nə deyir? İlk öncə onu deyir ki, o, ilkazərbaycanlı qadınrejissorlardanbiridir.

 

GülcahanGüləhmədova 1925-ciiliyunun 23-də Bakı şəhərində anadanolub. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Onun müəlllimi Mehdi Məmmədov olub. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlayıb.

O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurub. 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu edib.

1982-ci ildə rejissor teatrdan uzaqlaşır və həmin ildən Opera Studiyasında çalışmağa başlayır. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışıb. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.

 

Filmoqrafiya

Sən həmişə mənimləsən

 

Mükafatları

1. "Əməkdə fərqlənməyə görə" medalı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. Azərbaycan SSR Dövlət mükafatı

4. "Azərbaycan SSR xalq artisti" fəxri adı

5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Gülcahan Martınova-Güləhmədova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.