Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sosial mediada Mətanət İskəndərlinin bir statusu dəydi gözümə. Yazmışdı ki, özümə sevgi axtarıram. Əcaba, 63 yaşda bu nəydi belə? Deməyin ki, özü bilər. Məncə müəyyən mental qayda-qanunlar, kodekslər də var axı. 63 yaş elə bir yaşdır ki, o yaşdakı qadına ağbirçək deyilir artıq.
Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti Mətanət İsgəndərlinin bu gün doğum günüdür, ömrününü 63-cü baharına qədəm qoyur.
Mətanət İskəndərli 17 iyun 1963-cü ildə anadan olub. Xanım müğənni barədə məlumatlar çox azdır, hətta harada doğulması, ibtidai təhsili, valideyinləri barədə heç bir bilgiylə rastlaşmadım.
Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub. "Sən ol mənim həmdəmim" adlı ilk albomu də elə əhmin ildə işıq üzü görüb.
Bu günə qədər 11 kompakt diski buraxılıb.
Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. Heydər Əliyev adına Sarayda ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.
Klipləri
1 Xəbərsiz-Xəbərsiz
2 Ağla, Yağışım, Ağla
3 İstərəm
4 Darıxma
5 Gecədən Sübhədək
6 Neyjen
7 Sevirəm Desən
8 Dünya Quraq
9 Axtarma Məni
10 Dərd Verdin
11 Tərk Edəcəyəm
12 Taleyim Mənim
13 Əlvida
14 Qollarım Beşik Olsun
15 Bir Gün
16 Gəl Xoşbəxt Olaq
17 Danışmayacam
18 Nəğmə Olub Gecələr
19 Uşaqlar Ağlamasın
20 Erdoğan
21 Sen Ağlama (duet Niyam Salami)
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.
16 sentyabr 2006-cı ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb.
Xanım müğənninin həyatında sirlər, müəmmalar da az deyil. Elə onun adının kriminal tarixində xüsusi yeri olan Qarabulaq olayları ilə hallandırılması faktı bəs edər. Amma bunlar keçmişdə qalıb. Bu gün Mətanət xanım xalqının sevimli müğənnisidir, üstəlik də, yeni sevgilər sorağındadır.
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


