İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bəstəkar Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. O, 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Bu gün onun anadan olmasının 89-cu ildönümüdür.
Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda Novxanıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb.
16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Filmoqrafiya
Bəstəkar kimi
- Bu, Səttar Bəhlulzadədir
- Axtarış həvəsi
- Fitnə
- Dəmir ağac
- Torpaq patriarxları
Əsərlərindən istifadə olunan filmlər
- Unudulmuş qəhrəman
- Qafqaz
- 125 illik yol
Musiqi tərtibatçısı kimi
- Təxəllüsü "Mixaylo"
Haqqında çəkilən film
- Aqşin Əlizadə
Əsərləri
Baletlər
- "Babək" (1979)
- "Qafqaza səyahət" (2002)
- Ümid valsı (2008)
Simfonik orkestr üçün bəstələr
- Simfoniya No. 1
- Simfoniya No. 3
- Simfoniya No. 4: Muğamvari (Alla Mugham)
- Simfoniya No. 5
- Skripka ilə orkestr üçün konsert
- Violonçel ilə orkestr üçün poema
Kamera əsərləri
- Simfoniya No. 2: Kamera simfoniyası
- "Kənd süitası"
- "Uşaq süitası"
- "Pastoral"
- "Aşıqsayağı"
- "Cəngi"
- "Abşeron lövhələri"
Vokal-simfonik əsərlər
- "Azərilər" və "Təntənə" kantatası
- "Ana torpaq" odası
- "Bayatılar" (xor tsikli a capella)
- "Qədim laylay" (a capella xoru üçün)
- "Yumoreska" (uşaq xoru üçün)
Mükafatları
- Azərbaycan SSR Lenin komsomolu mükafatı
- Azərbaycan SSR dövlət mükafatı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Şərəf" ordeni
- "Şöhrət" ordeni
Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.05.2026)


