İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İlk öncə "Woman" qrupununtərkibində səhnə alıb. Qadınlardanibarətqruplasəhnə alanifaçı, 2004-cü ildə "SingYourSong 2" mahnı müsabiqəsinə qatılıbvə "Unformal" qrupuilə "Cherry" adlı duetiifaedib. Uğurluişbirliyindənsonraifaçı "Unformal" rokqrupununsolistikimifəaliyyətinidavametdirib. Və uğurları sıralanıb…
Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadanolub. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olub. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub və opera vokalı ixtisası üzrə təhsil alıb.
Finalı Heydər Əliyev Sarayında keçirilən "Sing Your Song 2" mahnı yarışmasında ifaçı üzvü olduğu "Unformal" qrupu ilə birlikdə ikinci olub. 2006-cı ildə "Çalış, nəfəs alma" filmində baş rollarını paylaşdığı Xalq artisti Fəxrəddin Manafovla birlikdə kamera qarşısına keçib. Film İtaliyada keçirilən “Salento Finibus Terrae” beynəlxalq qısametrajlı filmlər festivalının mükafatçılarından biri olub.
"Unformal" qrupunun tərkibində 2007-ci ildə "Sirat Körpüsü" filminin əsas mahnı mövzusu olan "Sonsuz Yol" mahnısını təqdim edib. Dilarə Kazımova ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. "Unformal" qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub.
İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılıb. Bu dəfə "Milk and Kisses" qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də ikinci olub. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən "Yeni Dalğa 2010" müsabiqəsinin laureatı olub. Müsabiqədə "Getmə, getmə, gəl" mahnısını ifa edib. 2010-cu ildə Azərbaycan, Bolqarıstan və Rusiyanın ortaq istehsalı olan "Qardaşımdan yaxşısı yox idi" filmində rol alıb.
2013-cü ildə "Мысли" adlı sinqlı təqdim edib. Mahnının musiqisi Emin Kərimiyə, sözləri Riyad Əliyevə aiddir.
Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak edib. O, milli seçim turu olan "Böyük Səhnə" layihəsinin qalibi olub və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanıb.
Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a Fire" (azərb. Bir qığılcım) mahnısını ifa edib. İfaçı Azərbaycanı müsabiqədə təmsil etdiyi mahınını öz dilimizdə "Bir qığılcım", türk dilində isə "Alev Gibi" adı ilə də təqdim edib
Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən Səs (ukr. Голоскраїни) müsabiqəsinə qatılıb və ilk mərhələni uğurla keçib. Müsabiqədə Svyatoslav Vakarçukun komandasında yarışıb. 2014-cü ildə Okean Elzı qrupunun Bakıdakı "Yaşıl teatr"-dakı solo konsertində səhnə alıb. Konsertdə qrupun üzvü Svyatoslav Vakarçuk ilə "Susie" duetini təqdim edib.
2015-ci ildə " 4.1 şəhər motivləri" və ya digər adıyla "Dmitrov küçəsi 86" filmində rol alıb. 2015-ci ildə Xocalı faciəsinin 23-cü anım günü münasibətilə Türkiyənin məşhur "Şeffaf Oda" adlı televiziya verlişində qonaq olub və "Laçın" xalq mahnısını səsləndirib
26-28 fevral 2015-ci ildə İstanbulda keçirilən “Gözü yaşlı Xocalım” sərgisində səhnə alıb. Sərginin açılışı zamanı Alessandro Safina ilə birlikdə “Sarı gəlin” mahnısını ifa edib. İfaçı sərgidə daha sonra Məryəm Əzizlinin müşayəti ilə "Laçın" xalq mahnısını səsləndirib. 24 dekabr 2015-ci ildə "Running" albomunu təqdim edib.
Albomun adını daşıyan "Running" mahnısına klipi Qmemmy mükafatına namizəd olan ukraynalı rejissor Tanu Muino lentə alıb. 2016-cı ildə Ukraynada keçirilən "Atlas Weekend" musiqi festivalında səhnə alıb. 2017-ci ildə "Kəklikotu" filminin saundtrekti olan "Dəm olmuşam" mahnısını səsləndirib.
2017-ci ildə “YARAT” Müasir İncəsənət Mərkəzində solo konsertlə çıxış edib.
2018-ci ildə "613" adlı sinqlını təqdim edib. Mahnı Xocalı faciəsinin 26-cı il dönümüə həsr olunub. Dilarə bu layihədə Etibar Əsədli və Sahib Əsədli ilə əməkdaşlıq edib. 24 sentyabr 2018-ci ildə Gənclik Mall-da "Azərbaycan" adlı sinqlını təqdim edib.
2021-ci ildə söz və musiqisi Elşad Xoseyə aid olan "Əsl sevgi" mahnısı reperin özü ilə duet şəklində ifa edib. 2021-ci ildə musiqisi ifaçının özünə aid olan "Ünvanımız xoşbəxtlik" sinqlını, 2021-ci ildə "Qaralama" adlı sinqlını, 2021-ci ilin payız ayında "Olmaram" adlı sinqlını təqdim edib. 2022-ci ilin fevral ayında "Кораблик" adlı mahnını Ülviyyə Rəhimova ilə duet şəklində ifa edib.
Mahnının söz və musiqisi ikilinin özünə aiddir. 2022-ci ildə "İsti-isti (feat. Ülkər MC Rain, Fidan Əliyeva & Ülviyyə Rəhimova)" adlı sinqlı, 2022-ci ilin iyul ayında "Xarizma" adlı mahnısı təqdim edib. "Xarizma" adlı sinqlın klip çəkilişlərində ifaçının staylinqi üzərində dünyaca məşhur türk stilist Seyit Ares çalışıb. 2022-ci ilin oktyabrında "Darıxsam da" sinqlını təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(20.05.2026)


