Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Özcan Denizin Bakıya bu səfərki gəlişində iştirak edə bilmədim. Amma öncəki illərdə iki solo konsertini canlı olaraq Bakı Konqress Mərkəzindən izlədiyimdən özümü şanslı sanıram.
Favorit mahnım isə yenə də “Mənə qal de” mahnısıdır.
Bu gün Türkiyəli məşhur müğənni, pop ulduz Özcan Denizin doğum günüdür. Həm Türkiyədə, həm Azərbaycanda, həm Orta Asiya ölkələrində, artıq həm də Avropada – konkret Almaniyada kifayət qədər böyük izləyiçi auditoriyası olan bu sənətçinin Bakıdakı hər konseri böyük ajiotaj yaradlır, major notlarla sonuclanır.
Bəli, bizlərdə Özcan Deniz çox sevilir. Amma tək “Qal de” kimi mahnıları ilə yox, həm də “Evim sənsən” kimi filmləri ilə.
Statistiklər üçün deyim ki, Özcan Deniz 19 may 1972-ci ildə Ankarada doğulmuşdur. Əslən Ağrılıdır. Zilan tayfasındandır, Zilanlar Oğuzların Dügər boyundan gəlir. Türksoylu olsalar da, kürd görürlər özlərini.
Albomları
- Yine Ağlattın Beni
- Hadi Hadi Meleğim
- Beyaz Kelebeğim
- Yalan mı?
- Çoban Yıldızı
- Aslan Gibi
- Leyla
- Ses ve Ayrılık
- Hediye
- Sevdazede
- Bi Düşün
- Ramo
Filmləri
1. Ona Sevdiyimi Söylə
2. Asan Pul
3. O İndi Əsgər
4. Asmalı Qonaq — Həyat
5. Hardasan Firuzə
6. Kəloğlan Qaraprənsə qarşı
7. Mövlana Cəlaləddin-i Rumi: Eşqin Rəqsi
8. Bəs sonra (film, 2011) — Aktyor, Ssenari müəllifi, Rejissor, Bəstəkar
9. Araf
10. Evim sənsən — Aktyor, Uyğunlaşdıran ssenari müəllifi, Rejissor, Bəstəkar
11. Su və atəş
Serialları
- Yalan
- Eşqin Dağlarda Gəzər
- Asmalı Qonaq
- İyun Gecəsi
- Qədər
- Eşq Yandırar
- Samanyolu
- Bir Zamanlar Osmanlı
- Qaragül
Özcan Deniz çox sevilir. Mahnılarında duyumlu, ürəyəyatan musiqi ilə yanaşı, mənalı mətn və dərin lirizm də var. Bu cür sintez isə hər müğənnidə olmur.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


