İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Opera sənəti – kübar təbəqə, zövqlü dinləyici üçün nəzərdə tutulan incəsənət növüdür. Yəni bizim tik-tok müğənnilərini, bozbaş komediyalarını izləyənlər üçün deyil bu sənət. Haqqında isə xüsusilə danışmaq lazımdır. Çünki dəbə uyan media çou-biznesdən yazar, amma operadan əsla yazmaz...
Cavid Səmədov 14 may 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Cavid Səmədov Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirib. (Azərbaycan Respublikası Bakı şəhəri) Tələbəlik dövrundə opera sahəsində ustalığının artırılması məqsədilə Qalina Vişnevskaya tərəfindən Moskva şəhərində fəaliyyət göstərən “Opera mərkəzi” nə dəvət edilmiş və bu sənəti təkmilləşdirib
Bundan sonra Cavid Səmədov İtalyanın Ozimo şəhərində yerləşən Opera sənəti Akademiyası və Pezaro şəhərində yerləşən Renato Tebaldi və Mario Del Monako adına Akademiyalarda təhsilini davam etdirib.
Təhsil müddəti zamanı o Vilyam Mateuzzi, Harriet Lawson, Lella Kuberli, Raina Kabayvanska, Antonio Yuvarra, Alla Simoni, Karlo Morqanti, Mario Melani, Sergio Seqalini, Tomas Hempson, Pyetro Spanyoli, Cinziya Forte, Verena Keller, Andreas Shuller və Kristina Muti kimi ustad sənətkarların ustad dərslərində iştirak etmiş, həmçinin İtalyanın Ozimo şəhərində yerləşən Opera Sənəti Akademiyasında Vinçenso De Vivonun rəhbərliyi altında vokal sənəti kursunu bitirib.
Cavid Səmədov öz opera sənəti karyerasına 2007-ci ildəM.F.Axundov adına Bakı Opera və Balet teatrında J.Bizenin “Karmen” operasında Eskamilyo partiyasını ifa etməklə başlayıb. 2007-ci ildə Bülbül adına müsabiqənin laureatlarının Moskva şəhərində yerləşən “Yeni Opera” teatrında keçirilən Qala konsertində iştirak edib.
2008-ci ilin oktyabr ayında “Gülüstan” sarayında keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inauqurasiya mərasiminə həsr olunan konsertdə iştirak edib. 2009-cu ildə Respublikanın Əməkdar incəsənət xadimi,dirijor Azad Əliyevin rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət orkestrinin müşaiyəti ilə Bakı Musiqi Akademiyasının Boyük zalında solo konserti ilə çıxış edib.
2009-cu ildə İtalyanın Qubbio şəhərində yerləşən qədim “Romano” teatrında Qaetano Donizettinin “Məhəbbət eliksiri” operasında Belkore partiyasının ifa edilməsi Cavid Səmədovun Avropa səhnəsində debütü olub. 2010-cu ildə Cavid Səmədov Ozimo şəhərində Qaetano Donisettinin “Don Paskuale” operasında doktor Malatesta partiyası ilə yeni işini təqdim edir.
Cavid Səmədov Qəbələ musiqi festivalının iştirakçısı olub. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva həmçinin YUNESKO nun baş direktoru xanım İrina Bokovanın iştirakı ilə Qəbələdə keçirilən musiqi festivalının təntənəli açılış mərasimində London Kral Orkestrinin müşaiyəti ilə Cavid Səmədov Müslüm Maqomayevin “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa edib
2010-cu ilin payızında Cavid Səmədov Yunanıstanın Afina şəhərində keçirilən “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Respublikanın Əməkdar incəsənət xadimi,dirijor Azad Əliyevin rəhbərliyi altında, Yunanıstan milli orkestrinin müşaiyəti ilə çıxış edib. 2010-cu ilin dekabr ayında İtalyanın Ravenna şəhərində Milad bayramı münasibətilə keçirilən Camille Saint-Saënsın "Milad oratoriyası"nda bariton partiyası ilə çıxış edib.
2011-ci ildə İsveçrənin Bern, Siqrisvil və Tun şəhərlərində keçirilən silsilə konsertlərdə çıxışlar edib. Həmçinin İtaliyanın Amandola şəhərində keçirilən musiqi festivalında iştirak edib. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli konsertdə iştirak edib. 2012-ci ilin aprel ayında Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində İtalyanın Venesiya, Turin və Milan şəhərlərində konsert proqramları ilə çıxış edib.
2012-ci ilin may ayında İtalyanın Ozimo şəhərində tamaşaya qoyulan V.A. Motsartın “Sehrli fleyta” operasında Papageno partiyası ilə çıxış edib. 2012-ci ilin iyun ayında İsrailin Tel-Əviv şəhərində tamaşaya qoyulan V.A. Motsartın “Don Juan” operasında Leporello partiyasını ifa edib.
2012-ci ilin sentyabr və oktyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhəri, (Krokus Siti Holl), Qazaxıstanın paytaxtı Astana şəhərində `Qazaxıstan`, zalında və Azərbaycanın paytaxtı Bakı şəhərində(H.Əliyev sarayı) Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş silsilə konsertlərdə iştirak edib.
Opernweltbeynəlxalq jurnalı Səmədov Cavidi 2013-cü ildə 2012-2013 sezonunun ən yaxşı gənc baritonu adlanrib. 2014cü ilin oktyabr ayında C.Səmədov İsveçrədə keçirilən «Opernwerkstatt 2014» beynəlxalq festivalında iştirak edib. 2014-cü ilın noyabr ayında Neapolun San Karlo opera teatrında səhnələşdirilən Rixard Ştrausun «Salomeya» operasında kapadokiyalı partiyasını ifa edib
2015-ci ilin yanvar-iyul aylarında Almaniyanın Dessau şəhərində Anhaltisches Theater səhnəsində Rixard Vaqnerin «Reyn qızılı» operasında Donner partiyasını, 2015-ci ilin noyabr ayında Nyürnberq opera teatrının quruluşu əsasında səhnələşdirilən, İtalyanın Modena şəhərində yerləşən Luçano Povarotti opera teatrında səhnələşdirilən Rixard Vaqnerin «Tristan və İzolda» operasında Melot partiyasını ifa edib.
2015-2016-ci ilin iyun ayında Ayzenştadt şəhərində yerləşən Esterhazi qəsrində Anna Netrebkonun rəhbərliyi ilə səhnələşdirilən S.Baneviçin «Qar kraliçası» operasında troll və quldur partiyalarını ifa edib. 2016 -cı ilin yanvar ayında Almaniyanın Landau şəhərində SWR kanalının «Emmerich Smola Forderpreis» layihəsi üzrə Marko Kominin rəhbərliyi altında filarmonik orkestrin iştirakı ilə təşkil edilən «Gənc opera ulduzları» Qala Konsertində iştirak edib.
Konsertdə C. Səmədovun ifasında V.A.Motsartın «Don Juan» operasından Liporellonun ariyası və J.Bizenin «Karmen» operasından Toreadorun kupletləri səsləndirilib. Hal-hazırda Cavid Səmədov Almaniya Federativ Respublikasının Nyürnberq şəhərindəki Opera teatrının solistidir. O həmçinin Azərbaycanın Rusiyanın Qazaxıstanın İsrailin və Avropanın bir sıra opera teatrları və konsert salonlarında çıxışlar edir.
Cavid Səmədov bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub:
1. Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi( Bakı şəhəri, Azərbaycan)1-ci mükafat
(müsabiqə tarixində ən gənc 1-ci yer mükafatçısı)
2. Roza Ponsel adına 10-cu beynəlxalq musiqi festivalı -1-ci yer
3. Müslüm Maqomayev adına vokalçıların 1-ci beynəlxalq müsabiqəsi 1-ci yer.
4. Italiyanın Verona şəhərində keçirilən vokalçıların müsabiqəsi 1-ci yer
5. İtaliyanın Bolonya şəhərində keçirilən vokalçıların müsabiqəsi “müsabiqənin tarixində ən gənc finalçı” mükafatı
6. İtaliyanın Milan şəhərində keçirilən Maqda Olivero adına vokalçıların müsabiqəsində “Tamaşaçı simpatiyası” mükafatına layiq görülüb.
İfa etdiyi partiyalar:
- J.Bize “Karmen” operasında Eskamilyo partiyası
- J.Bize “Karmen” operasında Morales partiyası
- Q.Donisetti “Məhəbbət eliksiri” operasında Belkore partiyası
- Q.Donisetti “Don Paskuale” operasında Malatesta partiyası
- V.A.Motsart “Don Juan” operasında Leporello partiyası
- V.A.Motsart “Don Juan” operasında Masetto partiyası
- V.A.Motsart "Fiqaronun toyu" operasında Qraf Almaviva
- V.A.Motsart “Sehrli fleyta” operasında Papageno partiyası
- U.Cordanonun "Andre Şenye" operasında Ruşe partiyası
- A.Dvorjakın "Su pərisi" operasında Meşəbəyi partiyası
- R.Vaqner "Reyn qızılı" operasında Donner partiyası
- R.Vaqner "Tristan und Isolde" operasında Melot partiyası
- C.Verdinin " Traviata" operasında baron Dufol partiyası
- C.Puççininin " Bohema" operasında Marsel partiyası
- Ü.Hacıbəyov “Leyli və Məcnun” operasında Nofəl partiyası
“Ədəbiyyat və incəsənət”
(14.05.2026)


