Onun ifasında “Sən gəlməz oldun”u dinləyən istənilən əcnəbi heyrətini gizləyə bilmir Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Mən həyatı plan qurmadan yaşayıram. Tale məni Türkiyəyə gətirdi. Burada yetişdirdiyim insanlar var ki, artıq onların da öz tələbələri var. Türkiyədə balaban sənətinin toxumlarını əkmişəm, o yayılıb çoxalacaq. Azərbaycanda da 10-20 nəfər yetişdirmək istəyirdim. Bundan sonra həqiqi balabanın nə olduğunu insanlar başa düşəcək.

Düzdür, Azərbaycanda yaxşı balaban ifaçılarımız var. Lakin mən Bakıda bir ev ala bilsəm, oranı məhz balaban məktəbinə çevirəcəyəm. Bölgələrimizi də gəzib öyrətmək istəyirəm. Çünki mən balabanın nələrə qadir olduğunu özüm göstərmək istəyirəm. Hələ ki, bu, arzu olaraq qalır”.

Bu sözlər məşhur balaban ifaçısı, Xalq artisti Əlixan Səmədova məxsusdur.

 

Sənətçi 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində oxuyub və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə ali təhsil alıb. Orada ansambl qurub və konsertlər verməyə başlayıb. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksofon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir.

Musiqi aləti ilə ilk tanışlığından danışan sənətkar deyir:

“Hələ uşaq ikən, heç məktəbə də getmirdim, məhəlləmizdə kim harada musiqi aləti tapsa, bilmirəm, nədənsə mənə gətirirdi. Heç özüm də başa düşmürdüm necə, amma bu alətlərdə ifa edə bilirdim. Bir gün atam nağara alıb evə gətirmişdi. Biz beş uşaq idik. Böyük qardaşımdan başlayaraq hamımız sıra ilə nağaranı çalacaqdıq. Lakin mənə çatanda nağara nədənsə partladı. Sonra atam yenisini aldı, bu dəfə nağara mənə də çatdı və az çox bir şeylər ifa edə bildim. Daha sonra atam qarmon alıb gətirmişdi. Bizi musiqiyə cəlb etmək istəyirdi. Qarmon mənə daha da maraqlı gəldi və yenə bir şeylər çala bildim. Həvəsim heç keçmirdi. Qonşumuz var idi, müəllim, Azad Salamov. O, mənə qarmon dərsləri verməyə başladı. Bundan sonra Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə daxil oldum və qarmonu sinifdə hamıdan yaxşı çalırdım. Lakin mənim üçün ən cazibəli alət qaboy idi. Televizorda Kamil Cəlilov ifa edərkən yuxuda da olsam mütləq durub onu izləməli idim. Qaboyun səsi mənə o qədər cazibədar gəlirdi ki, televizorun qarşısında dayanıb Kamil Cəlilovun əllərini izləyirdim. Sonra Sumqayıt şəhər 1 nömrəli musiqi məktəbinə getdim, beş illikməktəbiikiilə bitirdim. Həyatımdaqaboyuilkdəfə yaxındanmüəlliminəlində görmüşdüm. Sinifdə beş-altı uşaqidik. Gözümü bualətdən çəkə bilmirdim. Televizordaheyranlıqlaizlədiyimoalətartıqqarşımdaidi. Müəllimibayıra çağırdılarvə oəlindəkiqaboyupianonunnotdəftəriqoyulanyerinə qoydu. Özümü saxlayabilmədim, əlimə alıb çalmağabaşladım. Yerinə qoyduğumdamüəllimsinfə gəlibkimin çaldığını soruşdu, Cavabverdimki, mənidim. Müəllimiminkimolduğunusoruşdu, mənisə həyatımdailkdəfə qaboyuburdagördüyümü, televizordaKamilCəlilovabaxıb öyrəndiyimidedim. İnanmadı. Mənimqaboyumyoxidi, atamfəhlə işləyirdi, qaboyisə çoxbahalı alətidi. Məktəbinqaboyunumənə verdilər. Hələ də oqaboyməndədir, uşaqlıqilləriminxatirəsi. Bəzənkonsertlərdə oalətlərdə ifaedirəm, çoxifaçınınmarağını çəkir”.

Universitetibitirdiyində artıqsovetittifaqı dağılmışdı, əyinlərdə isə onlarınformaları qalmışdı. 20 Yanvarqətliamındansonra ƏlixanSəmədovtamamilə oformadanimtinaetdi. Alitəhsilimibitirdikdə özistəyilə onuSumqayıt 5 nömrəliortaməktəbə göndərdilər. Lakin, elə buərəfədə, Türkiyəyə getməkqərarınagəldi. Özxahişiilə ərizə yazıbməktəbdə işinidondurdugetdiqardaş ölkəyə. 1993-cü ilidionda. Musiqi sənətini daha da inkişaf etdirmək məqsədilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazandı.

“Türkiyəyə ilk dəfə dəvətlə, dərnəklərdə tələbə hazırlamaq üçün gəlmişdim. Bir çox bölgədə işlədim və sonda Bodrumda dostlarımla təşkilatçılığa başladım. Qafqaz rəqslərinin də daxil olduğu konsert proqramları hazırlayırdıq. İstanbula gəldiyimdə isə xalq tədris mərkəzlərində musiqi dərsləri verirdim.” -deyə sənətçi xatırlayır.

Türkiyə yüksəlişi isə belə oldu:

“Türkiyənin bütün tanınmış ifaçılarının kasetlərində mənim ifam var. Kasetlərə dəvət təklifləri gəlməyə başladı və ilk musiqi albomum “Mega plak” şirkəti tərəfindən buraxıldı. O vaxt kaset dövrü idi və şirkət on min kasetin satılmasını hədəfləmişdi. Mən isə on milyon kasetin satılacağını dedim, güldülər. Bilirsiniz, mən dediyim kimi də oldu. Hələ də satılır, xaricilər də çox alıb aparırlar.

İstanbulun məşhur İstiqlal Caddesində iki il dayanmadan səhərdən axşama qədər mağazalarda mənim musiqilərim çalınırdı. Turistlər kasetləri toplu alıb aparırdılar və belə də dünyaya yayıldı. Beləliklə radioda istəklər, konsert, ifa dəvətləri gəlməyə başladı. Amma balabanı dünyaya tanıdan Ələkbər Tağıyevin “Sən gəlməz oldun” əsəri oldu. Bəstəkarın oğlu onun bütün əsərlərini mənə verdi, balabana uğun gələnlərini seçdim və ifa etdim”.

Sonradan o, "Balaban metodu" kitabının müəllifi oldu, müxtəlif mükafatlara layiq görüldü. 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adı sənətinə verilən ən gözəl mükafat oldu.

Təxminən 18-dən çox alətdə ifa edə bilən Əlixan Səmədov həqiqətən də fitri istedada malikdir. İndiyədək Əlixan Səmədov ifalarının yer aldığı 11-dən çox albom işıq üzü görüb. Balaban ifaçılarının çoxalmasının sevindirici hal olduğunu deyən sənətkar musiqi irsimizin qorunmasının və təbliğinin zəruriliyini vurğulayır:

 “Mənim üçün vacib olan xalqım, ölkəm üçün bir şey edə bilməkdir. Təbii ki, hər kəs öz əqidəsinə görə yaşayır, amma ad qoymaq böyük işdir. Bu, hər insana nəsib olmur. Qazanıb, yeyib, ölmək, bu yaşamaq deyil. Əsl yaşamaq sən olmadığında adının çəkilməsidir, yada salınmaqdır. Özünün əlindən gəlməsə də başqasına dəstək olmaqla da ad qoya bilərsən, yetər ki, buna niyyətin olsun”.

 

Əvvəldə qeyd etdik, onun hazırda ən böyük arzusu Bakıda balaban məktəbi açmaqdır. Bunun reallaşdırılması isə aidiyyatlı qurumlar üçün olduqca xırda bir məsələdir. Bəs nədən bunu etmirlər, bax bunu bu yazı vasitəsilə onlardan soruşmaq istəyirik. Axı insan ömrü daimi deyil. Əlixan Səmədov kimilər isə tək-tük hallarda dünyaya gəlirlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.