İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində böyük iz qoymuş bəstəkarlardan biridir. Əsərin çox zəngin musiqisi var. Burada müəllif rəqs, muğam, təsnif və rəng kimi bir çox musiqi janrlarından geniş istifadə edib. Ariyanı çox böyük həvəslə ifa etmişəm. “Nərgiz” operasına yeni quruluşda tamaşa etmək ən böyük arzumdur. Ümid edirəm ki, yaxın gələcəkdə bu operaya yenidən Opera və Balet Teatrının səhnəsində baxa biləcəyik”, - belə deyir İnarə Babayeva.
İnarə Əhməd qızı Babayeva 1977-ci il aprel ayının 14 Bakı şəhərində anadan olub. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil alıb və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirib və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirib.
O, akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayıb. O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer”, F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin- “O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa edib.
İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları ifa edib.
İfa etdiyi partiyalar:
- Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli
- Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli
- Humay- «İntizar» F.Əlizadə
- Zoluşka-«Zoluşka» L.Vaynştey
- Cırtdan- «Cırtdan» N.Əliverdibəyov
- Rozina- «Sevilya bərbəri» C.Rossini
- Serpina -“Hammı elə edir” V.Mozart
- Adina -“Sevgi şərbəti” Donizetti
- Süzanna -“Don-Juan” V.Mozart
- Oskar-“Bal-Maskarad” D.Verdi
- Pamina-“Sehirli-tetək” V.Mozart
- Dilbər-“Sevil” F.Əmirov
- Amur-“Orfey və Evredika” Gluk
- Məhsəti-“Məhsəti” P.Axundova
Rolların öhdəsindən özünəməxsus gələrək, yüksək professionallıqla ifa edib. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək, Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak edib, laureat və diplomant adına layiq görülüb.
Mükafatları:
- Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994)
- Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000)
- “Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002)
- Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006)
- Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008)
- Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı.
2005-ci ildən Yaponiya, Çin, İngiltərə, Fransa, İtaliya, Almaniya, Gürcüstan, Belorusiya, Kazakistan, Qırgızıstan, Makidoniya, Serbiya, Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olub, bir sıra dövlət və yubiley tədbirlərində iştirak edib. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi olub.
2013 cü ildən baş müəllimi, 2019- cu ildən isə Kafedaranın dosentidir. O, vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, “Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2-ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş verib. 2018- ci ildə müvəfəqiyyətlə 2 təhsilini başa vuran İ.Babayeva Heydər Əliyev sarayında Azərbaycanda ilk dəfə Mədəniyyət kanalının təşkilatçılığı ilə, keçirilən uşaq müziklin “Ələddin” tamaşasına quruluş verib.
Paralel olaraq, İ.Babayeva 2016-cı ildən Azərbaycan Televiziya və Radiosunun solistidir. Onun ifasında,dünya və Azərbaycan klasssik musiqi inciləri Televiziyanın musiqi kollektivlərinin müşayiəti ilə, lentə alınaraq,radionun qızıl fondunda saxlanılır.
İnarə Babayeva 27 sentyabr 2019-ci il tarixində Akademik opera və Balet teatrında Dahi Məhsəti Gəncəviyə həsr olunan, musiqisi Pikə Axundovaya, libretto müəllifi Leyla Qədirzadəyə məxsus “Məhsəti” operasında baş rolu, eyni zamanda operanın quruluşunu tamaşaçılara uğurla təqdim edib. İnarə Babayevanın bütün bu xidmətləri Ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək, 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, Prezident mükafatına layiq görülüb.
Mədəniyyət TV tamaşaçılarına yeni musiqi nömrəsi təqdim edib. Azərbaycan klassik musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 135 illiyi ərəfəsində bəstəkarın “Nərgiz” operasından “Nərgizin ariyası” musiqili çarx şəklində hazırlanıb. Ariyanı İnarə Babayeva ifa edib. “Nərgiz” operası Azərbaycan musiqisi tarixində Avropa üslubunda yazılmış ilk operadır. Onun premyerası 1935-ci ilin dekabrında baş tutub. Ağır xəstə olmasına baxmayaraq, operanı dirijor pultu arxasında müəllif özü idarə edib. Premyeradan sonra Müslüm Maqomayev gündəliyində bunları qeyd edib: “Əsərin belə maraqla qarşılanması bəstəkar üçün böyük şərəfdir. Bu, həyatımın ən xoşbəxt günüdür”. Operanın libretto müəllifi Məmməd Səid Ordubadidir. Xatırladaq ki, Müslüm Maqomayevin Ordubadinin “Çobanlar” radio tamaşası üçün bəstələdiyi musiqi ilə sonradan “Nərgiz” operasının əsası qoyulub. Əsər kəndlilərin mülkədarlara, ədalətsizliyə qarşı mübarizəsindən bəhs edir.
Və məhz “Nərgiz” operasında “Nərgizin ariyası” İnarə Babayevanı məşhurlaşdırıbdır. Ariya ilə bağli İnarə Babayevanın fikirlərini isə sizlərə lap əvvəəldə çatdırdım: “Ariyanı çox böyük həvəslə ifa etmişəm. “Nərgiz” operasına yeni quruluşda tamaşa etmək ən böyük arzumdur. Ümid edirəm ki, yaxın gələcəkdə bu operaya yenidən Opera və Balet Teatrının səhnəsində baxa biləcəyik”.
Bu açıqlama 2020-ci ildə olub. Düzü, dəqiqləşdirə bilmədim, “Nərgiz” operası bu keçən 6 ildə yeni quruluşda nümayiş olundumu.
“Ədəbiyyat və incəsənət”
(14.04.2026)


