Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək

 

Yanvarın 31-də Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı çərçivəsində ilk dəfə olaraq “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, bu barədə Filarmoniyadan AzərTAC-a məlumat verilib. Məlumatda bildirilir ki, konsertdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, istedadlı tarzən İbrahim Babayev və tələbələri çıxış edəcək.

Proqramda Azərbaycan bəstəkar əsərləri, xalq rəqsləri və İbrahim Babayevin muğam improvizələri səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.