“Laçınım” deyə-deyə dünyadan köç etdi... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Torpaqlarımızın işğalı əslən o bölgələrdən olanların əksəriyyətinin ürəyini qübarlandırdı. Əksəriyyəti məcburi köçkünlükdə tam təminatda olsalar belə doğma yurdun xiffətini elədilər. O cümlədən də müğənni Məhəbbət Kazımov. Hamı gözəl bilir ki, müğənni “Laçınım” deyə-deyə dünyadan köç etdi...

 

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımovun anım günüdür.

Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib.

Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub. 1976-cı ildən peşəkar səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub.

 Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınan mahnı və muğamlar oxuyubdur.

Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb. 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.

 O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunub. Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.