İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, söhbət 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosidən təbrik məktubu almış musiqiçidən – Çingiz Sadıqovdan gedir. Bu gün onun anım günüdür.
Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.
1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Mobil Əhmədov, Mirzə Babayev, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.
1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.
Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə Amerikada vəfat edib
Filmoqrafiya
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Gülağa Məmmədov (film, 2002)
- Çingiz Sadıqov (film, 2006)
- Memar (film, 2006)
- Maqomayev (teleserial, 2020)
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987
- "Şöhrət" ordeni — 28 oktyabr 2009
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.12.2025)


