İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də qızıl səsli xanəndələrimizdən idi. Muğam və təsnifləri, xalq mahnılarını xüsusi ecazkarlıqla oxuyurdu, necə deyərlər, zəngulələri könül oxşayırdı.
Ağaxan Abdullayevdən danışıram. Bu gün onu anacağıq.
Ağaxan Abdullayev 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958–1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil alıb. 1969–1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində Nəriman Əliyevin sinifində təhsil alıb.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
Filmoqrafiya
1. Ver sözə ehya ki... (film, 1989)
2. Dağıdılmış körpülər (film, 1996)
3. Abşeron lövhələri (film, 2004) (qısametrajlı sənədli film)
4. Küçələrə su səpmişəm (film, 2004)
5. Ağaxan (film, 2006)
6. Bakı bağları. Nardaran (film, 2007)
7. Biz qayıdacağıq (film, 2007)
8. Biz qayıdacağıq (veriliş, 2007)
9. Muğam (veriliş, 2007)
10. Əslində Ağaxan Abdullayev (2005)
Mükafatları
1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 3 fevral 1993
2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
3. "Humay" milli mükafatı — 2002
4. "Şöhrət" ordeni — 3 fevral 2010
5. "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2015
2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.
Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən Ağaxan Abdullayev 25 dekabr 2016-cı ildə 66 yaşında, Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.12.2025)


