Bu gün Eminin 46 yaşı tamam olur Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu uğurlu biznesmen kimi tanıyanlar da var, Sibriz adlı şəhər içində şəhərin müəllifidir. Müğənni kimi tanıyanlar da var, Azərbaycanın Xalq artistidir. Bu günsə onun doğum günüdür – onun, Prezidentimizin keçmiş kürəkəni Emin Ağalarovun 46 yaşı tamam olur.

 

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub. 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var. Rusiyada bizneslə məşğul olub və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxıb.

 

Sahibkarlıq fəaliyyəti

Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.

Bu kommersiya layihələrinə başçılıq edir:

- Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı

- Vegas ticarət-əyləncə komplekslərinin şəbəkəsi

- Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları

- Sea Breeze Resort developer layihəsi (Nardaran)

 

Musiqi karyerası

Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə İncredible adlı albomunu çıxardıb ki albomdakı Don't Cry mahnısı НулевойКилометр filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan Obsession və Moskvadaki konsertinin DVD-sini də satışa çıxartdığı Devotion albomu satışa çıxıb.

 

Albomları

Still

Incredible

Obsession

Devotion

Wonder

After the Thunder

Накраю

Amor

 

Sinqlları

"Any Time You Fall"

Heart Keeps Beating

Baby Get Higher

Never Enough

Walk Through Walls

Boomerang

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.