İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Opera və operetta – musiqi sənətinin əsl xəzinəsi. Bu sahədə külüng döyən dahi bəstəkarlarımız olubdur. Üzeyir Hacıbəylidən başlayaraq Qara Qarayevlə, Fikrət Əmirovla davam etdirilən estafetdə Sərdar Fərəcovun da adı vardır.
Sərdar Fərəcov 1957-ci il dekabrın 8-də anadan olub. 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) prof. Xəyyam Mirzəzadənin sinfində bitirib. Hal - hazırda Üzeyir Hacıbəylinin Ev Muzeyi - nin direktoru vəzifəsində çalışır. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ərazisində müxtəlif ansambllar və ifaçılar tərəfindən ifa edilib.
Opera
- "Şəngülüm, Məngülüm" (2000) - M. Müşfiqin nağılı əsasında uşaqlar üçün rok–opera
Operetta
- "Müsyö Jordan və dərviş" (1998) - libretto müəllifindir
- "Bankir adaxlı" musiqili komediyası (2000) - libretto T. Vəliyevanındır
- "Səhnədə məhəbbət" (2000) - libretto Əli Əmirlinindir
İnstrumental əsərlər
- Orqan üçün "Qəsidə" (1991) - N. Gəncəvinin xatirəsinə
- Simli kvartet üçün 3 pyes (1991);
- Skripka və piano üçün pyeslər (2001)
Orkestr üçün
- Kiçik simfonik orkestr üçün "Yumoreska" (1995);
- Simfonik süita (1990)
- Balet süitası (1991)
- Simli orkestr üçün Süita (1995);
17 sentyabr 2019-cu ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 8 may 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(08.12.2025)


