İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi sahəsindən danışanda müğənnilər, çalğışılar və bəstəkarlar – yalnız bunlar xatırlanır. Amma musiqiçünaslar, pedaqoqlar – bu sahəyə töhfə verən digər xadimlər nədənsə həmişə kölgədə qalır.
Biz bu gün həmin o kölgədə qalanlardan biri barədə söhbət açacağıq.
Xurşid Ağayeva 20 aprel 1906-cı ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1935). Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib, elmi işlər üzrə prorektor olub.
Xurşid Ağayeva 1918–1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olan Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilib. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləyib.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışıb. Xurşid Ağayeva "Ü.Hacıbəyov" monoqrafiyasının, Azərbaycan musiqisinə aid məqalələrin, "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmayıb) əsərinin müəllifidir.
Xurşid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.12.2025)


