İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Məni heyran etdi Xızı dağları...”
Xızı çox kiçik rayondur, amma buradan necə böyük mədəniyyət xadimlərimiz çıxıbdır. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Npvruz, Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə... Və daha neçəsi, o cümlədən – Ruhəngiz Allahverdiyeva.
Ruhəngiz Allahverdiyeva 21 noyabr 1955-ci ildə Xızı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra "Təranə” gənclik ansamblında müğənni kimi fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olub, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olub.
Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edib. 1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.
Filmoqrafiya
1. Qış nağılı. I film - Zəroş xala
2. Qış nağılı. II film - Zəroş xala
3. Qız qalası
4. Hərənin öz payı+tayı
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)


