İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Dirijor deyəndə hamı Niyazini yada salır.
Amma başqa tanınmış dirijorlarımız da var. Məsələn, Nəriman Əzimov.
Bu gün onun anım günüdür.
Anır, Allahdan rəhmət diləyirik.
Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirib. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr edib.
Nəriman Əzimov Azərbaycan Teleradiosunun Xor kollektivində xormeyster işləyib. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.
Həmçinin AzTV QSC səs rejissoru işləyib.
Nəriman Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanıb.
Mükafatları
1. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
2. Azərbaycan Respublikasının Xalq artisti
3. "Şöhrət" ordeni
Uzun sürən ürək çatışmazlığından və xəstəlikdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edilib.
“Ədəbiyyat və incəsənət”
(19.11.2025)


