Zəfər günündə doğulması ilə qürrələnir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, ad günü 8 noyabra düşənlər özlərini çox qürurlu və xoşbəxt hesab edirlər, bayramları bayrama qarışır. Bu siyahıda Namiq Qaraçuxurlunun da adı vardır. Onun meyxanaçı, yaxud müğənni olması daim mübahisə predmetidir. Amma nə olsa da, böyük pərəstişkar auditoriyası vardır, əsas da budur.

 

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olub. İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə verib. 1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olub. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.

2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində səsləndirib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7900 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert verib.

 Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert verib. Uzun müddət Aygün Kazımova ilə duet oxuyub. Sözləri Namiq Qaraçuxurluya aid olan "Yenə Tək" mahnısını Türkiyənin məşhur sənətcisi Ajda Pekkan ifa edib.

Son illərdə populyar ifalarından olan "Bir arzu tut" adlı mahnısı bir çox sənətçi tərəfindəndə ifa olunub. Bununla yanaşı "Soyuqdur" və "Ürəyimin oğrusudur" mahnıları bir çox ölkələrdə sevilib və YouTube trendinə daxil olub. Son aylarda "Tez elə" adlı mahnısına Türkiyədə klip çəkdirib və bir daha ölkə trendində yer tutub.

 

Duet ortaqları:

- Könül Kərimova

- Aygün Kazımova

- Rəhim Rəhimli

- Sevil-Sevinc

- Xəyyam Quliyev (meyxanaçı)

- Əhməd Mustafayev

- Əminə Şirinqızı

 

“Ədəbiyyat və incəsənət”

(08.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.