Böyük Teatrın solisti olmuş həmyerlimiz Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Baleti sevən nə qədərdir?

Azdır, deyilmi?

Çoxumuz baxıb ağız büzürük, rəqs kimi rəqs, tamaşa kimi tamaşa olmayan bu incəsənət növünə həqarətlə baxırıq. Amma, bu sənət növü rəqsdən və tamaşadan heç də əskik deyil. Hətta nüfuzuna görə, üstündür də.

 

Haqqında danışacağım ballerina Azərbaycan baletinə xeyli şan-şöhrət gətirib, ən azından, Böyük Teatr səhnəsində çıxışı nəyə desəniz dəyər.

Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirib.

Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlayıb. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırıb.

1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirib. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar ("Qu gölü") rəqslərini ifa edib.

Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülüb və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.