Həm Gülnaz, həm də Gülçöhrə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Musiqili komediya janrı Azərbaycan incəsənətinin ən şöhrətli janrlarındandır, ən azından, bu janrda heç vaxtdan dəbdən düşməyəcək “O olmasın, bu olsun” və “Arşın mal alan” var.

Zaman zaman nusiqili komediyamızda parlayan aktyor və aktrisalarımız az olmayıb. Bu gün onlardan biri – bu gün anım günü qeyd edilən Zümfira Quliyeva barədə danışacağıq.

 

Zemfira Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub. 30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub. İki il bu kollektivdə çalışıb. Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960–1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.

1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı, demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib. Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə surətini yaradıb. Musiqili Komediya Teatrının yaradıcılığı yolunda, solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərən Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub. Aktrisa 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.

 

Filmoqrafiya

- Zəncirbənd - Çimnaz

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynadığı rollar (1963–1997)

1. Gülnaz və Gülçöhrə-"Məşədi İbad","Arşın mal alan"(Üzeyir Hacıbəyov)

2. Səlmə, Qonşu qız, Gülər, Gülnar, Həkim-"Özümüz bilərik","Milyonçunun dilənçi oğlu","Sevincik qız axtarır","Olmadı belə oldu belə"(Süleyman Ələsgərov və Şıxəli Qurbanov)

3. Çiçək-"Ev bizim sirr bizim"(Novruz Gəncəli və Şəfiqə Axundova)

4. Sona-"Hacı Qara"(Mirzə Fətəli Axundov və Şəmsi Bədəlbəyli)

5. Ulduz-"Ulduz"(Sabit Rəhman, Süleyman Ələsgərov)

6. Pəri-"Altı qızın bir Pəri"(Məhərrəm Əlizadə və Tofiq Bakıxanov, Nəriman Məmmədov)

 

Allah rəhmət eləsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.