Azərbaycan oğlu – Məmmədbağır Bağırzadə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün müğənni Məmmədbağır Bağırzadənin anım günüdür. İyulda anadan olmasının 75 illiyini qeyd etmişdik, bu günsə vəfatının 20 illiyidir.

Məmmədbağır sovet dönəmində ən çox sevilən iki kişi müğənnidən biri olubdur, televiziya və radio, konsert salonları pz qapöılarını laybalay üzünə açıbdır. Toylarda ən çox tələb edilən olubdur. Onun musisi pasporu isə “Azərbaycan oğluyam” mahnısı hesab edilə bilər.

 

Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.

 

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da aiddir.

 

Repertuarı

1. Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz

2. Bağban — musiqi: Ş. Fazil

3. Nəvə — musiqi: Zivər Ağayeva

4. Muğam

5. Dilkeş təsnifi

6. Naz-naz

7. Dözə bilmədim

8. Qudam

9. Can Azərbaycan

10. Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır           Bağırzadə

 

Müğənni 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat edib. Nardaran qəbristanlığında dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.