İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizlərə bu gün anım günü olan Azərbaycan SSR xalq artisti Tamilla Mahmudova barədə danışacağam.
Tamilla Mahmudova 21 aprel 1931-ci ildə Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. Tamilla 15 yaşında səhər məşqlərini müşayiət edərək Bakı Radiosunda işə düzəlir, 16 yaşında isə rəsmi olaraq işə götürülüb.
1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y. Zakın sinfində aspiranturanı bitirib. 1947-ci ildən Azərbaycan Radio Komitəsinin,1954-cü ildən Moskonsertin solisti olub.
Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olub.
Tamilla Mahmudovanın konsertləri təxminən yarım əsr ərzində SSRİ-də, Rusiyada və dünyanın bir çox ölkələrində fəal şəkildə keçirilib. O, 140-dan çox dirijorla, o cümlədən dünya şöhrətli maestrolar - Kirill Kondraşin, Gennadi Rojdestvenski , Dmitri Kitaenko (Rusiya), Veronika Dudarova (Azərbaycan-Rusiya), Roland Freitzer (Avstriya), Andreas Paridis (Yunanıstan), İnoue (Yaponiya) ilə çıxış edib.
Filmoqrafiya
- İfa edir Tamilla Mahmudova
Musiqiçi 12 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.09.2025)