Bülbül vokal məktəbi yeni tələbələrini seçdi

 

 

Azərbaycanda ilk və yeganə ödənişsiz vokal məktəbi olan Bülbül Vokal Məktəbi yeni tələbələrini seçib.

 

“Ədəbiyyat və incəsənət” portalına məktəbdən verilən məlumata görə, 2025-2026-cı tədris ili üzrə məktəbdə təhsil almaq üçün 300-dən çox namizəd müraciət edib. Onlardan 47 nəfər növbəti mərhələyə buraxılıb. Dinləmə zamanı yeni tədris ili üçün 10 tələbə seçilib.

Müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Mingəçevir, Şəki, Quba) iştirakçılar müraciət edib.

Qeyd edək ki, Əməkdar artist Ramil Qasımovun yaratdığı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ənənələrini davam etdirən Bülbül Vokal Məktəbi artıq iki ildir fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.