İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əlbəttə nəğməkar şair Vüqar Əhmədin qızı olmaq, popular müğənni İzzət Bağırovun qohumu olmaq öz sözünü deyib, musiqimizdə təkrarsız səsi və gözəl ifası ilə yeni ifaçı - Almaxanım Əhmədli tanınaraq sevgi qazanıbdır.
Almaxanım Əhmədli 2001-ci il avqust ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Qeyd etdiyimiz kimi, görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızıdır. 2006–2014-cü illərdə S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında oxuyub. 2017-ci ildə Bakı şəhəri M. Ə. Sabir adına orta məktəbi əla qiymətlərlə, 2017-ci ildə Səid Rüstəmov adına Bakı şəhəri 13 saylı musiqi məktəbinin "Muğam" şöbəsini qırmızı diplomla bitirib.
2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının Solo oxuma fakültəsinə daxil olub. 2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrarura pilləsinə daxil olub. 2023-cü ildə Fərqlənmə diplomu ilə magistratura təhsil pilləsi üzrə məzun olub.
ABŞ-nın Kaliforniya ştatında və Şimali Koralina ştatında Aziz Sancar adına mədəniyyət mərkəzində Heydər Əliyev-in 100 illiyi münasibətilə solo konsert verib. Heydər Əliyev Sarayında Az. TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin solo konserti olub.
Pakistanda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli "Bayatı- türk" muğam triosu ilə çıxış edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində konsert verib.
Moskvada konsert proqramında çıxış edib. 2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib. Qüdsdə solo konsert verib.
Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib.
Diskoqrafiya
1. Qarabağ
2. Azərbaycanım
3. Yuxum Çin Olmaz
4. Sevir Məni
5. Eşq
6. Selam Söyleyin
7. Dünya qapını aç
8. Aşiqəm
9. Unutdum
V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb. 2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olub, "Qran Piri" mükafatı ilə təltif olunub. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir.
Oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir. Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.
2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunub. 2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(18.08.2025)