İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqiçilər ailəsi. Ata, ana və qızları... Hər biri musiqi tariximizdə ad qoyubdur. Bu gün ailə başçısı barədə danışacağıq. Onun anım günüdür.
Azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olub. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparıb. Həbib 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olub.
1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.
O, həmçinin saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır.
İndi isə keçək ailə məsələsinə. Həbib Bayram Xalq artisti Tükəzban İsmayılovanın həyat yoldaşıdır. Tükəzban İsmayılova isə Xalq artisti İlhamə Quliyevanın anasıdır. Şöhrətlilər ailəsi!
Təltifləri
"Azərbaycan SSR əməkdar artisti"
"Azərbaycan SSR xalq artisti" fəxri adları
Həbib Bayramv 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.08.2025)