İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi xəzinəmizə töhfələr vermiş görkəmli musiqi xadimlərindən biri barədə danışacağıq - Azərbaycan Respublikasının xalq artisti, dirijor Teymur Göyçayev varədə. Axı bu gün onun doğum günüdür.
Teymur Göyçayev 11 avqust 1958-ci ildə anadan olub. Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirib, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak edib və laureat adı qazanıb. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləyib, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib. 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.
Filmoqrafiya
- Əlvida, cənub şəhəri
- Həyat, deyəsən, gözəldir
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını alıb. 7 dəfə Prezident mükafatına layiq görülüb.
Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına da layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə də təltif edilib.
7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
Teymur Göyçayev bir məktəbdir, sənət məktəbi. Gənclər ndan öyrənməli, milli musiqimizə onlar da öz töhfələrini verməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)