İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Balet səhəsində əzmlə çalışan və nəticələr ortaya qoyan bir ad - Azərbaycan SSR xalq artisti Rəfiqə Axundova. Bu gün - onun doğum günüdə onu anırıq, yaşadığı ömrü gənclər istedadlara bir örnək kimi göstəririrk.
Rəfiqə Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçib. Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir.
Əsas partiyaları:
- Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev)
- Gülşən ("Gülşən", S. Hacıbəyov)
- Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli)
- Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov)
- Zarema ("Baxçasaray fontanı", B. Asafyev)
- Jizel ("Jizel", A. Adan)
Həyat yoldaşı Maqsud Məmmədovla Azərbaycan Opera və Balet Teatrında iştirak etdikləri tamaşalar:
- "Xəzər balladası" (1968, T. Bakıxanov)
- "Qobustan kölgələri" (1969, F. Qarayev)
- "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev)
- "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev)
- "Babək" (1986, A. Əlizadə)
- "Şelkunçik" (1988, P. Çaykovski)
Habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" baletlərinin quruluşunu verib.
Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoyub.
"Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969-cu ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilib və Paris Rəqs Akademiyasının diplomuna layiq görülüb.
1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoyub (M. Məmmədovla birgə).
Filmoqrafiya
- Doğma xalqıma
- Abşeron ritmləri
- Dədə Qorqud
- Qərib cinlər diyarında
- Qayınana
Təltif və mükafatları
1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Şərəf nişanı" ordeni
4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Uzun sürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 6 fevral 2024-cü ildə 92 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)