İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Klassik musiqi simfonik musiqi hədəe yerə elit musiqi sayılmır ki. Bu müsiqi ən yüksək ranqlı tədbirlərin bəzəyi olur həmişə. Azərbaycan SSR xalq artisti Xəyyam Mirzəzadə də belə musiqinin ustadı və təbliğatçısı olub.
Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələnib.
52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb. Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində vəfat edib.
II Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın sağlığında onun haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilib.
Filmoqrafiya
- Abidələr danışır
- Abşeron ritmləri
- Afroditanın qolları
- Axınla aşağı
- Arxada qalmış gələcək
- Arxadan vurulan zərbə
- Bağ mövsümü
- Bakı eyvanları
- Bakıda küləklər əsir
- Baş tutmayan ziyafət
- Birisigün, gecəyarısı
- Belə də olur
Əsərləri
1. Baletləri
Ağlar və qaralar
2. Kamera orkestri üçün
Musiqi
Üç xoreoqrafik şəkil
3. Simfonik orkestr üçün
I Simfoniya
II Simfoniya
Kiçik lirik süita
Oçerklər-63 simfonik poema
"Muğan çöllərində" süitası
4. Xor, solist və simfonik orkestr üçün
- "Çiçəklən, Vətənim" — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
- Partiya haqqında oda — sözləri: Bəxtiyar Vahabzadə
5. Ağac nəfəs alətləri üçün
Sekstet
6. Mis nəfəs alətləri üçün
Kvartet (1970)
7. Simli kvartet üçün
I Kvartet
II Kvartet
Dörd miniatür
Noraşen rəqsləri
8. Violin və fortepiano üçün
Sonatina
Poema vä sketso
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı
4. Azərbaycan SSR Lenin komsomolu mükafatı
5. "Şərəf" ordeni
6. Şöhrət ordeni
7. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
8. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)