Könül, “Ədəbiyyat və incəsənət”
Bu axşam saat 20-dən 23-dək Bakı Olimpiya Stadionunda fırtına qopacaq, dünyaşöhrətli müğənni Jastin Timberleyk (Justin Timberlake) konsert verəcək. Biletlərin qiyməti 77 manatdan başlayaraq 590 manata qədərdir.
Bu adi konsert deyil, Azərbaycanın tanınması baxımından mühüm əhəmiyyət kəsb edir, üstəlik, iqtisadiyyatımız üçün də faydalıdır. Çünki bu konsertə qatılmaq üçün 25 min turist ölkəmizə səfər edib. Belə ki, dünyadakı tur şirkətləri Timberleykin Bakıda konserti üçün tur paketləri hazırlayıb. Bu paketə tək konsert proqramı yox, həm də Bakının gəzməli, tarixi yerləri və restoranları ilə tanışlıq da daxildir. Yəni, turistlər Jastinin konsertinə baxmaqla yanaşı, ölkəmizi də gəzirlər, onu tanıyır və pul xərcləyirlər. Bu da ölkənin tanınması və iqtisadiyyat baxımından olduqca əlverişlidir.
Ümid edirəm, Jlo, Beyonce kimi dünyaşöhrətli ifaçılar da ölkəmizə gələr və iqtisadiyyatımıza xeyir verərlər.
iTicket Production və DREAM Group International qürurla təqdim edir:
AZƏRBAYCANDA İLK DƏFƏ!
Bakı Olimpiya Stadionunun möhtəşəm səhnəsində — bənzəri olmayan Justin Timberlake! 10 qat GRAMMY mükafatı laureatı, dünya şöhrətli ulduz, “Can’t Stop the Feeling!”, “SexyBack”, “Mirrors” kimi hitlərin müəllifi — Bakıda unudulmaz şou ilə çıxış edəcək!
Castin Timberleyk çoxsaylı istedada malik olan sənətçidir — müğənni, prodüser, bəstəkar və aktyor. Karyerası ərzində o, dünya üzrə 54 milyondan çox albom və 63 milyon sinql satıb. Bundan əlavə, *NSYNC qrupunun solisti kimi 70 milyon albom satışına nail olub. Timberleyk pop, rəqs və R&B janrlarında ümumilikdə 10 GRAMMY mükafatı qazanıb. Bu mükafatlara onun uğurlu solo albomları “Man of the Woods”, “The 20/20 Experience”, “FutureSex/LoveSounds”, debüt albomu Justified və Jay-Z ilə əməkdaşlıqları daxildir.
Castin Timberleykin mahnıları və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə və baxış sayı toplamışdır. O, həmçinin “Saturday Night Live” şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə “Emmy” mükafatı qazanıb. Aktyor kimi o, “DreamWorks” studiyasının məşhur animasiya franşizası olan “TROLLS” filmlərində (o cümlədən 2023-cü ildə çıxan “TROLLS BAND TOGETHER”) səsləndirmə etmişdir. Onun “TROLLS” filmindən olan “Can’t Stop the Feeling!” mahnısı 2017-ci ildə “Oskar”da “Ən yaxşı orijinal mahnı” nominasiyasına layiq görülmüşdü.
Ən son olaraq Timberleyk 18 yeni trekdən ibarət olan “Everything I Thought It Was” albomunu buraxdı. Alboma “Selfish” və “No Angels” kimi hitlər daxildir.
Baş tutacaq konsertdə pərəstişkarlar ifaçının yaradıcılıq yolunun sevilən hitlərini, eləcə də artıq bütün rəqəmsal platformalarda mövcud olan "Everything I Thought It Was"albomundan yeni mahnıları dinləyə biləcəklər
Sea Breeze-də mənzil sahibi olmaq şansı!
Sadəcə 27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Castin Timberleyk konsertində iştirak etməklə Sea Breeze-də mənzil sahibi olmaq fürsətini qazanırsınız.
Sea Breeze şirkəti Iticket Production ilə birgə “Sea Breeze-də mənzil biletlə” adlı reklam aksiyasına start verir. Konsertin iştirakçılarından biri, Sea Breeze kurort şəhəri ərazisində yerləşən yeni Park Lane yaşayış kompleksində sahəsi 37.5 m² olan studiya tipli mənzilin sahibi olacaq.
Aksiyada iştirak etmək üçün sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir.
Hər biletin üzərində unikal ştrix-kod var və bu kod avtomatik olaraq aksiyada iştirak edir. Qalib təsadüfi seçim yolu ilə müəyyən olunacaq və konsertdən sonra üç gün ərzində elan ediləcək. Aksiyanın nəticələri rəsmi Instagram səhifəsində paylaşılacaq: @seabreeze.realestate
Qalibə, bilet alışı zamanı göstərilən telefon nömrəsi və ya e-poçt ünvanına rəsmi bildiriş göndəriləcək.
Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu “Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir:
“Mən, [Ad, Soyad], 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş Reklam Aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm.”
Məktuba biletin surəti əlavə olunmalıdır.
Ətraflı qaydalarla tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/page/apartment-in-sea-breeze-for-the-ticket
“Ədəbiyyat və incəsənət”
(27.07.2025)